Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Michelin Formula1-ə qayıda bilər?

Sayta qoyulub: 15:39 12.02.2010 (44 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Michelin Formula1-ə qayıda bilər?

Michelin şirkətinin başçılarından biri Jan Dominik Senar bildirib ki, konsern FİA ilə Formula1-ə qayıtması barədə danışıqlar aparır. Məlum olduğu kimi, Bridgestone şirkəti bu ilin sonunda çempionatda əməkdaşlığını başa vurur və hələlik gələn il çempionatda təkər təchizatı ilə kimin məşğul olacağı bəlli deyil.

Jan Dominik Senar: "Biz çempionata qayıtmaq məsələsinə baxa bilərik, amma bunu konkret şərtlər əsasında edə bilərik. Qaydaları elə dəyişmək lazımdır ki, yanacağa qənaət etməyə imkan verən və atmosferə zərərli tullantıların miqdarını azaldan texnologiyaları əyani göstərmək mümkün olsun. Başlıcası odur ki, Formula1-də istifadə olunan qabaqcıl texnologiya ilə yol avtomobillərinin istehsalı arasında əlaqəni artırmaq lazımdır."

FİA-nın nümayəndələri şərh verməkdən imtina ediblər...

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031