Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Campos üçün gözlənilməz senari

Sayta qoyulub: 12:30 11.02.2010 (146 dəfə oxunub)
Hərf ölçüsü:

Campos üçün gözlənilməz senari

İspaniya mətbuatı Campos komandasında hadisələrin cərayan etməsinin maraqlı senarisini dərc edib. Şayiələr görə, A1 seriyasının sahibi Toni Teyşera komandanı alamqdan imtina edib, amma komandanı ispaniyalı sərmayədar Xose Ramon Sarabante alacaq və gələn il daha baha qiymətə Volkswagen konserninə satacaq. Bu zaman 2010-cu il mövsümündə komandaya Kolin Kolles başçılıq edəcək.

Hələlik bu məlumat təsdiq olunmayıb, son illərdə avtoistehsalçılar Formula1-i aktiv surətdə tərk edirdilər, amma Mercedes-in zavod komandası ilə çempionata qayıtması və Renault komandasında sahibkarlıq formasının dəyişməsi vəziyyəti dəyişib - indi avtoistehsalçı əvvəlki illərdə olduğu kimi ciddi vəsait xərcləmədən faktiki olaraq titul sponsoru olmaqla çempionatda iştirak edə bilər.

Bu qış Volkswagen-in nümayəndələri Formula1-ə marağın olmasını təsdiq etmişdilər, amma o zaman söhbət sadəcə motor təchizatından gedirdi...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829