Xeres testləri - 10-13 fevral
Sayta qoyulub: 22:19 13.02.2010 (165 dəfə oxunub )
Bu həftə hava Xeres testlərinin aktiv iştirakçısı olub - komandaların hamısı hava ilə hesablaşmalı və test proqramlarına dəyişikliklər etməli olublar. Əgər testlərin birinci və üçüncü günləri sürücülər yağış altında işləyiblərsə, ikinci və dördüncü günləri quru havada işləməli olublar. Bu gün səhər sürücülər trasa çıxanda tras axşamkı yağışdan nəm idi, göyün üzü buludlarla örtülü və hava soyuq olduğundan tras çox gec quruyub, ona görə də səhər sürücülər yağış təkərlərlə işləyiblər. Amma nahardan sonra tras quruyub və komandalar maşınlara sliklər taxıblar.
Səhər tezdən testlər başlayan kimi marşalların qırmızı bayraqları dalğalanıb - Red Bull yanacağın ən az hansı miqdarında motorun dayanmasını yoxlamağı qərara alıb, dünən anoloji eksperimenti Mercedes GP komandası keçirmişdi, axı bu il yanacağın hər bir qramı böyük əhəmiyyət kəsb edir. Maşın boksa qaytarılıb, yanacaq doldurulub və trasa çıxıb.
Protokollara Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü maşının aerodinamikası, əyləc sistemi və çəki paylanması üzərində işləyib, böyük məsafə qət edib. Günün sonunda təzə təkər dəstində üç sürətli dövrə edib və həftənin ən yaxşı nəticəsini göstərib. Gələn həftə testlərdə komanda yenə hər iki sürücüsü ilə işləyəcək.
Adrian Sutil bu gün ikinci olub, alman sürücü də ən yaxşı nəticəsini sessiyanın son saatında göstərib - ümumiyyətlə, son saat ərzində bütün komandalar daha az ayanacaqla trasa çıxmışdılar.
Rubens Barrikello günü üçüncü yerdə başa vurub, amma Williams ötürmələr qutusundakı problemlər üzündən testləri vaxtından əvvəl başa vurmalı olub.
Günorta Felipe Massanın Ferrari F10-da problemlər yaranıb və sessiya dayandırılıb - braziliyalı sürücü bu gün 160 dövrəlik məsafə qət edib. Massadan iki saat sonra onun dostu Mixael Şumaher qırmızı bayraqları dalğalandırıb - onun Mercedes-i trasda donub. Nəhayət, Virgin komandası bütün problemləri həll edərək ilk tam test gününü keçirib - Lukas di Qrassi hətta cədvəllərdə son sətri də tərk edib.
Bununla da mövsümöncəsi testlərin ikinci seriyası başa çatıb, gələn həftə testlər Xeresdə davam edəcək, on iştirakçıya Lotus komandası da qoşulacaq...
Nəticələr belə olub:
Bu gün Xeresdə testlərin ilk gününün senarisi təkrar olunub - səhər sürücülər bir saatdan da az vaxt ərzində quru trasda işləmişdilər ki, yağış başlayıb, ona görə də göstərilən nəticələr gün ərzində dəyişilməyib. İlk dəqiqələrdə Pedro de la Rosanın Sauber-ində yaranmış mexaniki problemlər üzündən marşalların qırmızı bayraqlara əl atmaları komandaların quru trasda işini daha 17 dəqiqə qısaldıb.
Protokollara isə STR5-in sükanı arxasında Sebastyen Buemini əvəz etmiş Xayme Algersuari başçılıq edib. Testlər başladıqdan saat yarım sonra Rubens Barrikello doqquzuncu döngədə fırlanıb dayanıb, marşallar yenə də sessiyanı dayandırmalı olublar. Daha bir saat sonra isə Niko Rosberqin maşını dördüncü döngənin çıxışında dayanıb - komanda yanacağın ən az hansı miqdarında motorun dayanmasını müəyyən etmək istəyib, indi əlavə hər bir kiloqramın çox böyük mənası olacaq.
Artıq adət etdiyimiz kimi Sauber sürücülər bu dəfə də protokolda ilk üçlüyə daxil olublar - Pedro de la Rosa Kamuni sükan arxasında əvəz edib. Yağış isə gah güclənib, gah da yavaşıyıb. Bridgestone-nun komandalara verdiyi keçid təkərləri yenə də narazılıqla qarşılanıb - on dövrədən sonra təkərin üzərində naxışdan əsər-əlamət qalmır və təkər slikə çevrilir.
Adrian Sutil yeni Force İndia maşının sürətini nümayiş etdirərək günü üçüncü yerdə başa vurub. Nahardan sonra vəziyyət stabilləşib, komandalar yağış proqramı üzrə işlərini davam etdiriblər. Sessiya daha bir dəfə Sutilin maşınında elektronik problemlər yaranarkən dayandırılıb.
Virgin komandası yalnız nahardan sonra trasa çıxa bilib - Lukas di Qrassi debüt edib, amma bir saatdan sonra yağış güclənib və testlər dayandırılıb. Sabah isə havanın nisbətən quru olması gözlənilir...
Nəticələr belə olub:
Həftənin əvvəlində hava proqnozu Xeresdə məhz cümə axşamı yağış vəd etmirdi, ona görə də komandalar testlərin ikinci gününü səbirsizliklə gözləyirdilər. Düzdür, səhər qısamüddətli yağış yağsa da, tezliklə gün çıxıb və tras qurumağa başlayıb. Sürücülər bütün günü quru hava təkərləri ilə işləyiblər. Bu həftə Bridgestone şirkəti Xeresə Hard və Medium tərkiblərini gətirib, gələn həftə isə komandalara Medium və Soft tərkiblərini təqdim edəcək, nəticədə mühəndislər tərkiblərin effektliyini müqayisə edə biləcəklər.
Testlərin ikinci günü protokollara Kamui Kobayaşi başçılıq edib, o ən yaxşı nəticəsini sessiyanın son dəqiqələrində göstərib, safaltın hərarəti artırmış, göstərilən nəticələr yaxşılaşırmış və daha az yanacaqla trasa çıxmış yaponiyalı sürücü günün bütün hissəsini liderlik etmiş Sebastyen Buemini qabaqlaya bilib. Sabah Pedro de la Rosa Sauber-in testlərini davam etdirəcək.
Sebastyen Buemi 121 dövrə vurub, deyəsən, Toro Rosso etibarlılıqla bağlı problemləri həll edə bilib. Sabah Sebastyeni Xayme Algerusari əvəz edəcək.
Censon Batton bu gün protokollarda üçüncü sətri tutub, amma sessiyanın sonuna yaxın onun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah son dünya çempionunu əvvəlki dünya çempionu Lyuis Həmilton əvəz edəcək.
Williams-ın debütantı Niko Hülkenberq dünən yağış altında 118 dövrə vursa da, bu gün problemlərlə üzləşib, amma onun göstərdiyi nəticə dördüncü olub. Sabah Rubens Barrikello testlərə qoşulacaq. Vitantonio Liutsi günü beşinci yerdə başa vurub - yeni Force İndia VJM03 həm sürətli, həm də etibarlı alınıb.
Mercedes GP və Ferrari komandaları böyük dövrələr seriyasında işləyiblər və Fernando Alonso ən böyük məsafə qət edib - 129 dövrə. Renault test qrafikində dəyişiklik edib və bu gün quru havada işləmək imkanından daha təcrübəli Robert Kubitsa yararlanıb. Timo Qlok isə yenə də günü sonuncu yerdə başa vurub, alman sürücü səhər 11 dövrə vurduqdan sonra yeni VR-01-in qabaq antiqanadı qopub, ehtiyat hissələrin azlığı üzündən komanda testləri dayandırmalı olub.
Sabah testlər davam edəcək...
Nəticələr belə olub:
Bu gün Xeresdə mövsümöncəsi testlərin ikinci seriyasına start verilib. Keçən testlərdə iştirak etmiş yeddi komandaya daha üçü qoşulub: Force İndia, Red Bull və çempionat ilk debütantı Virgin Raņing.
Testlərdən əvvəl avtodroma toplaşanlar yeni Red Bull RB6 maşınının təqdimatını görüblər, bundan sonra trasda Force İndia komandası fotosessiya keçirib. Testlər səhər quru asfaltda başlayıb, sürücülər trasa tələsiblər - hava proqnozu yağış vəd edirdi, doğrudan da bir saat keçməmiş yağış başlayıb. Bu arada göstərilən nəticələr axşama kimi ən yaxşı qalıb.
Protkollara Niko Rosberq başçılıq edib, amma onun göstərdiyi nəticə keçənilki nəticəyə 3 saniyə uduzur, amma komanda yanacaq bakındakı mayenin miqdarı barədə məlumat verməyib. Axşama yaxın isə Nikonun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah onu Mixael Şumaher əvəz edəcək.
İkinci yeri isə Sebastyen Buemi tutub, Valensiya testlərinin ilk günündən fərqli olaraq bu dəfə Toro Rosso problemsiz ötüşüb, isveçrəli sürücü isə uzun dövrələr seriyası edib, sazlanmalarla işləyib və maşının davranışını yağış təkərlərində müxtəlif yanacaq miqdarında test edib.
Williams komandasının debütantı Niko Hülkenberq isə bu gün üçüncü olub və günün ən böyük məsafəsini qət edib - 118 dövrə. Komanda maşının və Cosworth motorlarının etibarlılığını yoxlayıb.
Ferrari F10-nu bu gün trasa Fernando Alonso çıxarıb. İspaniyalı sürücü səhər Valensiyadan qalan təkərlərlə işləyib. Qısa dövrələr seriyasından sonra komanda ötürmələr qutusunu söküb, nahardan sonra trasa qayıdan Alonso yağış təkərlərlə böyük dörvələr seriyası edib. Sauber-in sükanı arxasında bu gün Kamui Kobayaşi çalışıb, yağışda 55 dövrə vuran yaponiyalı sürücü beşinci olub. Sabah Fernando və Kamui işlərini davam etdirəcəklər.
RB6-ın debütü uğurlu alınmayıb - günün birinci yarısında qırx dövrə vuran Mark maşının motor problemləri üzündən trasda dayanmalı olub - sessiya qırmızı bayraqlarla dayandırılıb, mexaniklər bütün günü maşınla işləyib, motoru dəyişdikdən sonra Mark daha on dövrə vura bilib. Timo Qlok yalnız nahardan sonra yeni VR-01 maşınını trasa çıxarıb, amma yağışda cəmi 5 dövrə vurduqdan sonra komanda sabahı gözləməyi qərara alıb.
Sabah proqnoza görə komandaları quru hava gözləyir...
Nəticələr belə olub:
Hərf ölçüsü:

13 FEVRAL
Buludlu. Səhət nəm, daha sonra quru. Havanın temperaturu +8-11C, trasın temperaturu +10-21C

| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | L.Həmilton | McLaren | Mercedes | 1:19.583 | - | 113 |
| 02 | A.Sutil | Force İndia | Mercedes | 1:20.180 | + 0:00.597 | 83 |
| 03 | R.Barrikello | Williams | Cosworth | 1:20.341 | + 0:00.758 | 90 |
| 04 | R.Kubitsa | Renault | Renault | 1:20.358 | + 0:00.775 | 85 |
| 05 | M.Şumaher | Mercedes GP | Mercedes | 1:20.613 | + 0:01.030 | 83 |
| 06 | S.Fettel | Red Bull | Renault | 1:21.203 | + 0:01.620 | 89 |
| 07 | F.Massa | Ferrari | Ferrari | 1:21.485 | + 0:01.902 | 160 |
| 08 | P.de la Rosa | BMW Sauber | Ferrari | 1:22.134 | + 0:02.551 | 105 |
| 09 | L.di Qrassi | Virgin | Cosworth | 1:22.912 | + 0:03.329 | 63 |
| 10 | X.Algersuari | Toro Rosso | Ferrari | 1:24.072 | + 0:04.489 | 98 |
12 FEVRAL
Buludlu. Yağış. Havanın temperaturu +6-9C, trasın temperaturu +7-15C
Buludlu. Yağış. Havanın temperaturu +6-9C, trasın temperaturu +7-15C
Bu gün Xeresdə testlərin ilk gününün senarisi təkrar olunub - səhər sürücülər bir saatdan da az vaxt ərzində quru trasda işləmişdilər ki, yağış başlayıb, ona görə də göstərilən nəticələr gün ərzində dəyişilməyib. İlk dəqiqələrdə Pedro de la Rosanın Sauber-ində yaranmış mexaniki problemlər üzündən marşalların qırmızı bayraqlara əl atmaları komandaların quru trasda işini daha 17 dəqiqə qısaldıb.

Protokollara isə STR5-in sükanı arxasında Sebastyen Buemini əvəz etmiş Xayme Algersuari başçılıq edib. Testlər başladıqdan saat yarım sonra Rubens Barrikello doqquzuncu döngədə fırlanıb dayanıb, marşallar yenə də sessiyanı dayandırmalı olublar. Daha bir saat sonra isə Niko Rosberqin maşını dördüncü döngənin çıxışında dayanıb - komanda yanacağın ən az hansı miqdarında motorun dayanmasını müəyyən etmək istəyib, indi əlavə hər bir kiloqramın çox böyük mənası olacaq.

Artıq adət etdiyimiz kimi Sauber sürücülər bu dəfə də protokolda ilk üçlüyə daxil olublar - Pedro de la Rosa Kamuni sükan arxasında əvəz edib. Yağış isə gah güclənib, gah da yavaşıyıb. Bridgestone-nun komandalara verdiyi keçid təkərləri yenə də narazılıqla qarşılanıb - on dövrədən sonra təkərin üzərində naxışdan əsər-əlamət qalmır və təkər slikə çevrilir.

Adrian Sutil yeni Force İndia maşının sürətini nümayiş etdirərək günü üçüncü yerdə başa vurub. Nahardan sonra vəziyyət stabilləşib, komandalar yağış proqramı üzrə işlərini davam etdiriblər. Sessiya daha bir dəfə Sutilin maşınında elektronik problemlər yaranarkən dayandırılıb.
Virgin komandası yalnız nahardan sonra trasa çıxa bilib - Lukas di Qrassi debüt edib, amma bir saatdan sonra yağış güclənib və testlər dayandırılıb. Sabah isə havanın nisbətən quru olması gözlənilir...
Nəticələr belə olub:
| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | X.Algersuari | Toro Rosso | Ferrari | 1:19.919 | - | 76 |
| 02 | P.de la Rosa | BMW Sauber | Ferrari | 1:20.736 | + 0:00.817 | 58 |
| 03 | A.Sutil | Force İndia | Mercedes | 1:21.428 | + 0:01.509 | 48 |
| 04 | F.Massa | Ferrari | Ferrari | 1:21.603 | + 0:01.684 | 72 |
| 05 | S.Fettel | Red Bull | Renault | 1:21.783 | + 0:01.864 | 59 |
| 06 | V.Petrov | Renault | Renault | 1:22.000 | + 0:02.081 | 68 |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | 1:22.820 | + 0:02.901 | 53 |
| 08 | R.Barrikello | Williams | Cosworth | 1:23.217 | + 0:03.298 | 120 |
| 09 | L.Həmilton | McLaren | Mercedes | 1:23.985 | + 0:04.066 | 68 |
| 10 | L.di Qrassi | Virgin | Cosworth | 1:37.107 | + 0:17.188 | 8 |
11 FEVRAL
Buludlu. Səhər kiçik yağış, sonra quru. Havanın temperaturu +12-18C, trasın temperaturu +12-26C
Buludlu. Səhər kiçik yağış, sonra quru. Havanın temperaturu +12-18C, trasın temperaturu +12-26C
Həftənin əvvəlində hava proqnozu Xeresdə məhz cümə axşamı yağış vəd etmirdi, ona görə də komandalar testlərin ikinci gününü səbirsizliklə gözləyirdilər. Düzdür, səhər qısamüddətli yağış yağsa da, tezliklə gün çıxıb və tras qurumağa başlayıb. Sürücülər bütün günü quru hava təkərləri ilə işləyiblər. Bu həftə Bridgestone şirkəti Xeresə Hard və Medium tərkiblərini gətirib, gələn həftə isə komandalara Medium və Soft tərkiblərini təqdim edəcək, nəticədə mühəndislər tərkiblərin effektliyini müqayisə edə biləcəklər.

Testlərin ikinci günü protokollara Kamui Kobayaşi başçılıq edib, o ən yaxşı nəticəsini sessiyanın son dəqiqələrində göstərib, safaltın hərarəti artırmış, göstərilən nəticələr yaxşılaşırmış və daha az yanacaqla trasa çıxmış yaponiyalı sürücü günün bütün hissəsini liderlik etmiş Sebastyen Buemini qabaqlaya bilib. Sabah Pedro de la Rosa Sauber-in testlərini davam etdirəcək.

Sebastyen Buemi 121 dövrə vurub, deyəsən, Toro Rosso etibarlılıqla bağlı problemləri həll edə bilib. Sabah Sebastyeni Xayme Algerusari əvəz edəcək.

Censon Batton bu gün protokollarda üçüncü sətri tutub, amma sessiyanın sonuna yaxın onun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah son dünya çempionunu əvvəlki dünya çempionu Lyuis Həmilton əvəz edəcək.
Williams-ın debütantı Niko Hülkenberq dünən yağış altında 118 dövrə vursa da, bu gün problemlərlə üzləşib, amma onun göstərdiyi nəticə dördüncü olub. Sabah Rubens Barrikello testlərə qoşulacaq. Vitantonio Liutsi günü beşinci yerdə başa vurub - yeni Force İndia VJM03 həm sürətli, həm də etibarlı alınıb.
Mercedes GP və Ferrari komandaları böyük dövrələr seriyasında işləyiblər və Fernando Alonso ən böyük məsafə qət edib - 129 dövrə. Renault test qrafikində dəyişiklik edib və bu gün quru havada işləmək imkanından daha təcrübəli Robert Kubitsa yararlanıb. Timo Qlok isə yenə də günü sonuncu yerdə başa vurub, alman sürücü səhər 11 dövrə vurduqdan sonra yeni VR-01-in qabaq antiqanadı qopub, ehtiyat hissələrin azlığı üzündən komanda testləri dayandırmalı olub.
Sabah testlər davam edəcək...
Nəticələr belə olub:
| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 1:19.950 | - | 103 |
| 02 | S.Buemi | Toro Rosso | Ferrari | 1:20.026 | + 0:00.076 | 121 |
| 03 | C.Batton | McLaren | Mercedes | 1:20.618 | + 0:00.668 | 83 |
| 04 | N.Hülkenberq | Williams | Cosworth | 1:20.629 | + 0:00.679 | 67 |
| 05 | V.Liutsi | Force İndia | Mercedes | 1:20.754 | + 0:00.804 | 80 |
| 06 | M.Şumaher | Mercedes GP | Mercedes | 1:21.083 | + 0:01.133 | 124 |
| 07 | F.Alonso | Ferrari | Ferrari | 1:21.424 | + 0:01.474 | 129 |
| 08 | R.Kubitsa | Renault | Renault | 1:22.003 | + 0:02.053 | 103 |
| 09 | M.Uebber | Red Bull | Renault | 1:22.043 | + 0:02.093 | 99 |
| 10 | T.Qlok | Virgin | Cosworth | 1:29.964 | + 0:10.014 | 11 |
10 FEVRAL
Buludlu. Yağış. Havanın temperaturu +10-13C, trasın temperaturu +11-14C
Buludlu. Yağış. Havanın temperaturu +10-13C, trasın temperaturu +11-14C
Bu gün Xeresdə mövsümöncəsi testlərin ikinci seriyasına start verilib. Keçən testlərdə iştirak etmiş yeddi komandaya daha üçü qoşulub: Force İndia, Red Bull və çempionat ilk debütantı Virgin Raņing.
Testlərdən əvvəl avtodroma toplaşanlar yeni Red Bull RB6 maşınının təqdimatını görüblər, bundan sonra trasda Force İndia komandası fotosessiya keçirib. Testlər səhər quru asfaltda başlayıb, sürücülər trasa tələsiblər - hava proqnozu yağış vəd edirdi, doğrudan da bir saat keçməmiş yağış başlayıb. Bu arada göstərilən nəticələr axşama kimi ən yaxşı qalıb.

Protkollara Niko Rosberq başçılıq edib, amma onun göstərdiyi nəticə keçənilki nəticəyə 3 saniyə uduzur, amma komanda yanacaq bakındakı mayenin miqdarı barədə məlumat verməyib. Axşama yaxın isə Nikonun maşını trasda donub və marşallar qırmızı bayraqları çıxarmalı olublar. Sabah onu Mixael Şumaher əvəz edəcək.

İkinci yeri isə Sebastyen Buemi tutub, Valensiya testlərinin ilk günündən fərqli olaraq bu dəfə Toro Rosso problemsiz ötüşüb, isveçrəli sürücü isə uzun dövrələr seriyası edib, sazlanmalarla işləyib və maşının davranışını yağış təkərlərində müxtəlif yanacaq miqdarında test edib.

Williams komandasının debütantı Niko Hülkenberq isə bu gün üçüncü olub və günün ən böyük məsafəsini qət edib - 118 dövrə. Komanda maşının və Cosworth motorlarının etibarlılığını yoxlayıb.
Ferrari F10-nu bu gün trasa Fernando Alonso çıxarıb. İspaniyalı sürücü səhər Valensiyadan qalan təkərlərlə işləyib. Qısa dövrələr seriyasından sonra komanda ötürmələr qutusunu söküb, nahardan sonra trasa qayıdan Alonso yağış təkərlərlə böyük dörvələr seriyası edib. Sauber-in sükanı arxasında bu gün Kamui Kobayaşi çalışıb, yağışda 55 dövrə vuran yaponiyalı sürücü beşinci olub. Sabah Fernando və Kamui işlərini davam etdirəcəklər.
RB6-ın debütü uğurlu alınmayıb - günün birinci yarısında qırx dövrə vuran Mark maşının motor problemləri üzündən trasda dayanmalı olub - sessiya qırmızı bayraqlarla dayandırılıb, mexaniklər bütün günü maşınla işləyib, motoru dəyişdikdən sonra Mark daha on dövrə vura bilib. Timo Qlok yalnız nahardan sonra yeni VR-01 maşınını trasa çıxarıb, amma yağışda cəmi 5 dövrə vurduqdan sonra komanda sabahı gözləməyi qərara alıb.
Sabah proqnoza görə komandaları quru hava gözləyir...
Nəticələr belə olub:
| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | N.Rosberq | Mercedes GP | Mercedes | 1:20.927 | - | 57 |
| 02 | S.Buemi | Toro Rosso | Ferrari | 1:21.031 | + 0:00.104 | 84 |
| 03 | N.Hülkenberq | Williams | Cosworth | 1:22.243 | + 0:01.316 | 118 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | 1:22.895 | + 0:01.968 | 88 |
| 05 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 1:23.787 | + 0:02.860 | 55 |
| 06 | C.Batton | McLaren | Mercedes | 1:24.947 | + 0:04.020 | 68 |
| 07 | V.Liutsi | Force İndia | Mercedes | 1:24.968 | + 0:04.041 | 71 |
| 08 | V.Petrov | Renault | Renault | 1:25.440 | + 0:04.513 | 27 |
| 09 | M.Uebber | Red Bull | Renault | 1:26.502 | + 0:05.575 | 50 |
| 10 | T.Qlok | Virgin | Cosworth | 1:38.734 | + 0:17.807 | 5 |

Yüklənir...
TESTLƏR bölümünün digər xəbərləri: