Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

N.Pike və D.Patrik Daytonada debüt ediblər

Sayta qoyulub: 10:07 07.02.2010 (141 dəfə oxunub)
Hərf ölçüsü:

N.Pike və D.Patrik Daytonada debüt ediblər

Dünən keçmiş Formula1 sürücüsü Nelsinyo Pike və İndyCar-ın ulduzu Danika Patrik Amerikanın ARCA kuzov çempionatında debüt ediblər - bu çempionatda NASCAR maşınlarından istifadə olunur.

Braziliyalı sürücü üçün yarış uğursuz alınıb: o bir neçə dəfə trasadakı qəzaların iştirakçısına çevrilib, yarışın sonuna yaxın isə onun Toyota-sı Patrikin Chevrolet-sinə dəyib. Nəticədə Pike finişə çata bilməyib, amma protokollarda 27-ci yeri tutub.

Əvəzində Danika bütün yarışı inamla keçirib və finişi yüksək altıncı yerdə keçib. Gözlənildiyinə görə, bir həftə sonra Danika Patrik Daytonada daha nüfuzlu Nationwide seriyasında start alacaq - bu çempionat NASCAR-ın aşağı liqası hesab olunur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829