Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

V.Veber 200 min papaq sifariş verib

Sayta qoyulub: 18:12 06.02.2010 (64 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

V.Veber 200 min papaq sifariş verib

Bir neçə həftədən sonra Mixael Şumaher yenidən Qran Pri startına çıxacaq, onun meneceri Villi Veber isə yeddiqat dünya çempionunun Formula1-ə qayıdışına özünəməxsus qaydada hazırlaşır. DPA agentliyinin məlumatına görə, Veber artıq üzərinə Mixaelin adı yazılmış 200 min gümüşü papaqların tikilməsini sifariş edib.

Maarqlıdır ki, keçən yay Mixael zədələnmiş Felipe Massanı Ferrari-də əvəz etməyi qərara alanda da Veber belə papaqlar sifariş vermişdi, düzdür, o zaman papaqlar qırmızı rəngdə idi, amma çempion səhhətindəki problemlər üzündən trasa qayıda bilməmişdi. Hərçənd, deyilənlərə görə, Spada Belçika Qran Prisi günlərində həmin sifarişdən olan papaqlar satılırmış...