Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

R.Şumaher və J.Vilnöv Stefan GP-də?

Sayta qoyulub: 10:45 05.02.2010 (196 dəfə oxunub)
Hərf ölçüsü:

R.Şumaher və J.Vilnöv Stefan GP-də?

Bir neçə gün əvvəl Berni Ekklstoun Campos və US F1 komandalarının ciddi maliyyə problemləri ilə üzləşdiklərini bildirib, onun fikrincə, çempionatda Serbiyanın Stefan GP komandası debüt edə bilər, komandada isə Ralf Şumaher çempionata qayıda bilər.

Jurnalistlər alman sürücüdən məsələyə şərh verməyi xahiş ediblər, sürücü isə əvvəlcə Stefan GP-nin planlarından xəbərsiz olduğunu bildirib, amma bugünkü Bild qəzeti arxada qalmış danışıqlardan xəbər verib...

Ralf Şumaher: "Cənab Stefanoviç məndə işini bilən və məqsədinə yönələn insan təəssüratı yaratdı, mən öyrəndim ki, komanda mənimlə maraqlanır, amma hazırda heç nəyi şərh edə bilmərəm. Zaman göstərəcək ki, bu məsələni davamı mümkündürmü?"

R.Şumaher və J.Vilnöv Stefan GP-də?

Amma Fransa mətbuatında şayiələr peyda olub ki, bu komanda daha bir Formula1 veteranı - Jak Vilnövə də maraq göstərir. Hərçənd, 38 yaşlı kanadalı sürücüyə dərhal sükan arxasına oturmaq təklif olunmayıb.

Fransanın France24 telekanalının məlumatına görə, Vilnöv Stefan GP komandasının texniki departamentinə dəvət olunub. Əgər Stefanoviçin arzusu gerçəkləşərsə və onun komandası bütün hüquqi çətinliklərə baxmayaraq, Bəhreyndə starta çıxarsa, komandanın maşınlarını Ralf Şumaher və Kazuki Nakacima sürəcəklər.

Bu halda Vilnöv ehtiyat sürücü statusu ala bilər və eyni zamanda məsləhətçi rolunu oynaya bilər - Dəvid Kulthardın keçən il Red Bull Racing komandasında etdiyi kimi...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829