Son iki vakansiya ispaniyalılara qismət olacaq?
Sayta qoyulub: 17:37 03.02.2010 (244 dəfə oxunub )
Formula1-də yeni mövsümün startına 1 ay və 10 gün qalmış çempionat iştirakçılarının siyahısında hələ də iki vkansiya qalmaqdadır. Avropa mətbuatının xəbərlərinə görə, bu vakansiyalar ispaniyalı sürücülərə qismət olacaq. Marca qəzeti öz həmyerlisi Adrian Vallesi US F1-də, İtaliaRacing qəzeti isə Formula2 çempionu Əndi Souçeki Campos-da görür...
Marca yazır ki, "Vallesin müqaviləsi praktiki olaraq həll olunub, sadəcə bəzi xırda detallar qalıb." 23 yaşlı Adrian 2006-2007-ci illərdə Midland və Spyker komandalarında testlərə cəlb olunmuşdu, keçən mövsümdə isə o Superleague Formulasında Liverpool klubunun komandasında iki qələbə qazanmaqla çempion olub.
Souçekə gəlincə, Williams-ın heyətində keçən ilin dekabr testlərindən sonra ondan səs-soraq yox idi, amma məlumdur ki, 24 yaşlı sürücünün sponsor dəstəyi, təcrübəsi və sitedadı var. Ona görə də Campos komandası üçün ideal namizəddir.
Hazırda çempionatda 3 ispaniyalı sürücü var - Fernando Alonso, Pedro de la Rosa və Xayme Algersuari. Çempionatda sayca ən çox almanlar təmsil olunublar - altı nəfər...
Hərf ölçüsü:

Yüklənir...
XƏBƏRLƏR bölümünün digər xəbərləri: