Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Virgin Racing təqdimata hazırlaşır

Sayta qoyulub: 10:04 03.02.2010 (35 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Virgin Racing təqdimata hazırlaşır

Keçənilki dünya çempionatının iştirakçılarının demək olar ki, hamısı 2010-cu il mövsümü üçün hazırladıqları maşınları ya təqdim ediblər, ya da Williams kimi birbaşa testlərə çıxarıblar. Yalnız Red Bull və Force İndia komandaları aerodinamik boruda işlərini tamamlamaq naminə trasda üç günü qurban veriblər.

Yeni komandalar isə hələlik bu sarıdan kölgədədirlər, ona görə də onlardan birincisinin təqdimatı çox maraq doğurur - Qrinviç vaxtı ilə saat 10:00-da Virgin Racing komandası öz maşınını təqdim edəcək..

Komanda Timo Qlok və Lukas di Qrassi ilə müqavilə bağlayıb, Riçard Brənson komandanın titul sponsorudur, maşını təcrübəli Nik Uirt hazırlayıb - layihənin uğurlu debütü üçün hər şey nəzərə alınıb, amma Formula1-də bu amillərin effektiv qarşılıqlı fəaliyyəti vacibdir.

Virgin Racing komandasının təqdimatı virtual olacaq, bu isə layihənin ruhuna uyğundur - Nik Uirt komandaların adət etdiyi və əsas tutduqları aerodinamik borudan istifadə etməyib, maşın kompyuterlərdə hazırlanıb - CFD hidrdinamik hesablamalar proqramında. Bu yolla Nik kuzovlu yarışlarda uğur qazanıb, amma Formula1-də bu ilk təcrübədir...

 
XƏBƏR ARXİVİ
<Mart 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
Netty2010-İştirakçı