Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

AT&T WilliamsF1 Team - FW32

Sayta qoyulub: 20:40 01.02.2010 (548 dəfə oxunub)
Hərf ölçüsü:

AT&T WilliamsF1 Team - FW32

Williams komandası Valensiya testlərinə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub - bu gün səhər Rubens Barrikello yeni FW32-nin sükanı arxasına oturub və onu trasa çıxarıb.

Sistemlərin ilkin sınağı uğurlu alınıb, braziliyalı sürücünün ilk təəssüratları pozitiv olub - yeni maşın onun xoşuna gəlib, amma Rubens qeyd edib ki, adaptasiya üçün vaxt lazımdır...

AT&T WilliamsF1 Team - FW32

Rubens Barrikello: "Bu gün mənim hər şeydən xoşum gəldi, elə bil ki, ilk dəfə birinci sinfə getmisən! İlkin testlərin göstəricilərindən nəticə çıxarmaq düzgün deyil. Bəlkə də, proqnoz verənlər də testlərin sonunu gözləyəcəklər - heç kim bilmir ki, kimin maşınında nə qədər yanacaq var. İstisna deyil ki, Bəheryndə sıralanma turuna qədər biz bunu bilməyəcəyik.

Biz maşının balansı ilə məşğuluq, maşın çox etibarlı alınıb. Ümumiyyətlə, gün pis keçmədi."

AT&T WilliamsF1 Team - FW32

Səm Maykl, texniki direktor: "Gün məhsuldar keçdi, biz 75 dövrə vura bildik. Nəzərə alsaq ki, bütün texnika yenidir, xüsusən də Cosworth motoru, heç bir problemin yaranmaması çox xoşdur.

Sessiyanın sonunda drosseli idarə edən proqram təminatında kiçik problem yaşandı, amma bu sabah asanlıqla yoluna qoyulacaq."

AT&T WilliamsF1 Team - FW32

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829