Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Scuderia Toro Rosso - STR5

Sayta qoyulub: 19:31 01.02.2010 (221 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Scuderia Toro Rosso - STR5

Mövsümöncəsi qış testlərinin Valensiyada başlamış birinci seriyasının ilk günü Scuderia Toro Rosso komandası yeni maşınını nümayiş etdirib. Komanda çempionatda beşinci mövsümə başlayır, amma STR5 komandanın özünün hazırladığı ilk maşındır. Qısa rəsmi mərasimi komandanın başçısı Frans Tost açıb...

Frans Tost: "2010-cu il Scuderia Toro Rosso üçün vacib ildir. Reqlament tələb edir ki, biz müstəqil konstruktor olaq, ona görə də Red Bull-la dördillik əməkdaşlıqdan sonra biz ilk dəfə 100% komandanın hazırladığı maşını təqdim edirik.

Bizim üçün ən çətin vəzifə zəruri infrastrukturun yaardılması oldu, bəlkə də bu, maşın hazırlamaqdan çətindir. Biz ştatımızı 80 nəfər artırdıq, bazanın ərazisini böyütdük, istehsalı gücləndirdik, Red Bull komandasının Bisterdəki aerodinamik borusunu aldıq. Bizə bir az vaxt lazımdır ki, yüksək ixtisaslı mütəxəssislərin əməkdaşlığını maksimum effektiv sazlayaq.

İndidən mövsümdə qüvvələr nisbəti barədə fikir söyləmək mümkün deyil, amma mən hesab edirəm ki, biz çempionatı Mühəndislər Kubokunda ilk səkkizlikdə başa vura bilərik..."

Scuderia Toro Rosso - STR5

STR5-in hazırlanmasında konservativ yanaşmadan istifadə olunub, amma mühəndislər STR5-in arxa hissəsini ikiqat diffuzorun ətrafında yenidən işləyiblər...

Corcio Askanelli, texniki direktor: "Keçən ilin sonunda bizim ştat 150 nəfərə çatdırıldı, indi isə komandada 200 mütəxəssis çalışır - biz artıq öz maşınımızın konstruktoruyuq.

Bizim qarşımızda ciddi vəzifə dururdu, qısa müddət ərzində sıfırdan yeni maşın hazırlamaq. Düzdür, biz bu zaman keçənilki maşın üzərində iş təcrübəmizə əsaslanmışıq. Amma yeni maşın keçənilkindən çox fərqlənir - reqlamentdəki cüzi dəyişiklər maşının konstruksiyasına ciddi müdaxilələr tələb edirdi: yanacaq bakı iki dəfə böyüdüyündən ağırlıq mərkəzi arxaya çəkilib, maşının burnu yuxarı qalxıb, qabaq təkərlər ensizləşdiyindən bu sahənin aerodinamikası tamamilə yenidən işlənib.

Biz ümid edirik ki, bu maşın hər yarışda sürücülərimizə xal qazanmaq imkanı verəcək."

Scuderia Toro Rosso - STR5

Komanda bu mövsüm heyətini saxlayıb - sükan arxasına Sebastyen Buemi və Xayme Algersuari oturacaqlar. Buemi keçən il elə ilk yarışındaca xal qazanmışdı, isveçərli sürücü builki mövsümə uğurla başlamasına ümid edir...

Sebastyen Buemi: "İndi mən özümü daha inamlı hiss edirəm, Koreya və Monrealdan başqa bütün trasları tanıyıram, uik-end ərzində işimi bilirəm. Mən əvvəlki komandadayam, eyni mexaniklərlə və mühəndislərlə işləyəcəm - bu üstünlük ola bilər. İndidən bizim nə qədər rəqabətədavamlı olmamızı söyləmək çətindir, amma mən gələcəyə nikbinliklə baxıram."

 
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031