Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

BMW Sauber F1 Team - C29

Sayta qoyulub: 21:41 31.01.2010 (606 dəfə oxunub)
Hərf ölçüsü:

BMW Sauber F1 Team - C29

Bu gün yerli vaxtla saat 14:30-da BMW Sauber F1 Team komandası 2010-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Mərasim Rikardo Tormo adına Valensiya avtodromunun pit-leynində fotosessiya ilə başlayıb, Pedro de la Rosa və Kamui Kobayaşi pərdəni çəkiblər və jurnalistlər üzərinə heç bir sponsor loqotipi yapşdırılmamış yeni maşını görüblər - komanda təqdimat mərasiminə qədər yalnız İsveçrənin Certina şirkəti ilə müqavilə bağlaya bilib...

BMW Sauber F1 Team - C29

Peter Zauber: "Son aylar biz gərgin tempdə işləmişik. Əvvəlcə biz komandanın yaşaması üçün mübarizə aparmalı olduq, sonra isə bütün qüvvəmizi komandanın gələcəyinin təmin olunmasına yönəltdik. Amma yeni maşının texniki hazırlığı fasiləsiz davam edirdi qrafik üzrə, heç bir çətinliyə baxmadan.

Komandanın çoxdankı ənənəsi var - biz həmişə istedadlı debtüantı və təcrübəli sürücünü dəvət edirik - bu yolla həmişə uğur qazanmışıq. Pedro uzun illər top-komandada ən yüksək texniki səviyyədə çalışıb, gənc və perspektivli Kamui isə keçən il iki çıxışı ilə hamıda əla təəssürat oyadıb."

BMW Sauber F1 Team - C29

Villi Rampf: "Yeni C29-un üzərində işləyərkən, komanda keçənilki təcrübəsinə və mövsümün gedişindkəki inkişafına əsaslanıb. Amma yanacaqdoldurmaya qadağa və qabaq təkərlərin ensiz olması maşının layihəsində ciddi dəyişikliklər tələb etdi."

BMW Sauber F1 Team - C29

Pedro de la Rosa: "Həhayət, mən yenə də özümü tam sürücü hesab edə bilərəm. Mən trasdakı mübarizə üçün çox darıxmışdım. Eyni zamanda bu illər ərzində mən texniki məsələlərdə çox şey öyrənmişəm - indi bütün biliklərimlə komanda ilə bölüşmək istəyirəm."

Kamui Kobayaşi: "Mən fəxr edirəm ki, Peter Zauber mənə inanıb və mən onu məyus etməməyə çalışacam. Mənim məqsədim budur ki, mövsümün sonunda o yenə də mənimlə fəxr etsin."

BMW Sauber F1 Team - C29

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829