Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Komandalar FİA-nın xərclərini kompensə edəcəklər

Sayta qoyulub: 10:03 31.01.2010 (143 dəfə oxunub)
Hərf ölçüsü:

Komandalar FİA-nın xərclərini kompensə edəcəklər

Yarışların stüardlarının qərarları dəfələrlə tənqid atəşinə tutulub, bu qərarlar adətən insidentin videoyazısına baxdıqdan sonra qəbul olunurdu, videoyazıda hər şey aydın görünür, amma 2007-ci ildə FİA maşınlara GPS sisteminin bloklarını yerləşdirmişdi - bundan sonra sistem maşınların trasda beş metr dəqiqliyi ilə yerlərini müəyyən edirdi.

Bu mövsüm Formula1-də yeni ssitem debüt edəcək, indi stüardlar maşınların trasda yerlərini bir metr dəqiqliyi ilə təyin edə biləcəklər və bundan sonra məsələn, sarı bayraqlar altında ötmənin olması insidentini, pit-stopdan çıxarkən ağ xəttin tapdalanması hallarını asanlıqla görəcəklər.

Almaniyanın Auto Motor und Sport qəzeti yazır ki, yeni sistemin hazırlanması FİA-ya 750 min Avroya başa gəlib, bu məbləğ çempionatın 13 iştirakçısı arasında bərabər bölünəcək, hər komanda 60 min Avro ödəyəcək.

Maraqlıdır ki, bəzi komandalar bir neçə ildir ki, özlərinin hazırladıqları daha dəqiqliklə işləyən sistemlərdən istifadə edirlər, amma bu sistemlərin göstəriciləri rəsmi hesab olunmur və qərar qəbul edərkən arqument kimi istifadə oluna bilməz...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829