Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

İlk testlərə yeddi komanda yeni maşınla çıxacaq

Sayta qoyulub: 16:28 30.01.2010 (154 dəfə oxunub)
Hərf ölçüsü:

İlk testlərə yeddi komanda yeni maşınla çıxacaq

Bazar ertəsi, fevralın 1-də Formula1 komandaları mövsümöncəsi testlərə başlayacaqlar. Keçən il test proqramı yanvarda başlamış və martda qurtarmışdı, bu il isə komandaların ixtiyarında yalnız fevral ayında 15 test günü var - 1-3 fevral Valensiyada, 10-13 və 17-20 fevral Xeresdə və 25-28 fevral Barselonada.

İlk testlərə on üç komandadan yalnız yeddisi gələcək - McLaren, Mercedes, Ferrari, Sauber, Williams, Renault və Toro Rosso – məhz bu komandalar ya öz maşınlarını artıq nümayiş etdiriblər, ya da bunu Valensiyada Rikardo Tormo adına avtodromda edəcəklər.

Renault-dan başqa digər komandalar testlərdə sürücülərin iş qrafiklərini də təsdiq ediblər, Renault komandası testlərə Robert Kubitsa ilə başlayacaq, onun komanda yoldaşının adı isə sabah elan olunacaq. Williams komandası testlərdə Cosworth motorlarından istifadə edəcək yeganə komanda olacaq. Hava proqnozu yağıntı vəd etməsə temperatur cəmi 17 dərəcəyə qədər qızacaq.

Komandalar1 fevral2 fevral3 fevral
McLarenQ.PaffetL.HəmiltonC.Batton
MercedesN.Rosberq/M.ŞumaherN.RosberqM.Şumaher
FerrariF.MassaF.MassaF.Alonso
SauberP.de la RosaK.KobayaşiP.de la Rosa
WilliamsR.BarrikelloR.BarrikelloN.Hülkenberq
RenaultR.Kubitsa - -
Toro RossoS.BuemiX.AlgersuariX.Algersuari

Red Bull komandası Xeresdə təqdimatdan sonra ikinci testlərə qoşulacaq, elə burdaca Force İndia və Virgin Racing maşınlarının da debütü gözlənilir.

Lotus komandası son iki test seriyasına gəlməyi planlaşdırıb - Xeres və Barselonaya, US F1 və Campos komandalarının test proqramalrı barədə isə bizə heç nə məlum deyil. Ehtimal olunur ki, bu komandaların ilk maşınları elə mövsümün ilk yarışında Bəhreyndə debüt edəcəklər...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829