Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

D.Rikkardo və B.Hartli Red Bull-un ehtiyat sürücüləridir

Sayta qoyulub: 12:35 26.01.2010 (151 dəfə oxunub)
Hərf ölçüsü:

D.Rikkardo və B.Hartli Red Bull-un ehtiyat sürücüləridir

Red Bull şirkətinin mətbuat xidməti Red Bull Racing və Scuderia Toro Rosso komandalarının 2010-cu ildə ehtiyat sürücülərinin adlarını çəkib. Komandalar avstraliyalı Brendon Hartli ilə əməkdaşlığı davam etdirəcəklər, o keçən mövsümün əvvəllərində komandanın ehtiyat sürücüsü idi, amma sonra Xayme Algersuari onu əvəz etmişdi. Komandaalrın ikinci ehtiyat sürücüsü Daniel Rikkardo olacaq.

Hər iki sürücü Red Bull-un Gənclər proqramının və dekabr ayında keçirilmiş Xeres testlərinin iştirakçılarıdır, testlərin son günü Rikkardo protokollara başçılıq etmişdi.

Keçən il mövsümün gedişində Algersuari əsas maşının sükanı arxasına keçmişdi, bu mövsümdə də belə bir dəyişiklik ola bilər - əgər Xayme komanda rəhbərliyi razısalan nəticələr göstərməsə, ehtiyat sürücülərdən biri onu əvəz edəcək.

Əgər hər hansı bir səbəb üzündən Sebastyan Fetteli əvəzləmək lazım gələrsə və Red Bull Hartlini seçərsə, onda çempionatda almanların (Mercedes GP) və britaniyalıların (McLaren) komandaları ilə yanaşı avstraliyalıların da komandası peyda olacaq...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829