Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Xal hesablanması sistemi yenidən dəyişdirilib

Sayta qoyulub: 18:17 25.01.2010 (180 dəfə oxunub)
Hərf ölçüsü:

Xal hesablanması sistemi yenidən dəyişdirilib

Gözlənildiyi kimi FİA-nın Formula1-də elan etdiyi yeni xal hesablanması sxemi qüvvəyə minməmiş dəyişdirilib. Formula1-in idman işçi qrupu (SWG) sxemin yeni evrsiyasını təqdim edib - xallar əvvəlki kimi 10 ən yaxşı sürücüyə verilir, qələbə qazanan sürücü isə 25 xal qazanır. Amma ikinci yeri tutmuş sürücü əvvəlki kimi 20 deyil, 18 xal qazanacaq - bundan sonra digər yerlərə görə verilən xallar daha məntiqi ardıcıllıq alıb.

Xatırladaq ki, Formula1-də komandaların sayı artdığı üçün xal hesablanamsı sistemini də dəyişmək qərara alınmışdı. MotoGP seriyasında istifadə olunan sistemi (25-20-16-13-11-10-9-8-7-6-5-4-3-2-1, burada 15 sürücü mükafatlandırılır) əldə rəhbər tutaraq yeni sxem hazırlanmışdı - 25-20-15-12-10-8-6-3-2-1. Amma keçən həftə Londonda SWG-nin iclasına toplaşmış komandaların nümayəndələri qərara alıblar ki, yeni sxemdə qələbənin "qəyərini" artırmaq lazımdır.

İndi finiş xəttini ikinci keçmiş sürücü qalibdən beş deyil, yeddi xal az alacaq. Nəticədə yeni sxem belə bir forma alıb - 25-18-15-12-10-8-6-4-2-1. Həmişə olduğu kimi SWG-nin qərarını Formula1-in Komissiyası dəstəkləməlidir və bundan sonra Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq etməlidir. Amma çox güman ki, hər iki prosedur formal xarakter daşıyacaq.

Maraqlıdır ki, poul və yarışda ən sürətli dövrəyə görə bonus xallar verilməsi təklifi iclasda müzakirə olunsa da, komandaların nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb və dəstəklənməyib. Müzakirə olunan digər təkliflər arasında yarışın gedişində iki pit-stopun mütləq olması barədə təklif də dəstəklənməyib. Beləliklə, 2010-cu ildə yarışın gedişində hər bir sürücü ən azı bir dəfə pit-stopa girməlidir ki, hər iki təkər tərkibindən istifadə etsin. Yağış altında yarışları isə boksa baş çəkmədən də keçirmək olar...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829