Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Mercedes GP yeni maşının rəng çalarını nümayiş etdirib

Sayta qoyulub: 14:09 25.01.2010 (155 dəfə oxunub)
Hərf ölçüsü:

Mercedes GP yeni maşının rəng çalarını nümayiş etdirib

Bir qədər əvvəl Ştutqartda Mercedes Museum-də təqdimat mərasimi başlayıb: KİV nümayəndələri, şirkətin əməkdaşları və çoxsaylı qonaqlarla dolu olan zala sürücülər daxil olublar - Mixael Şumaher və Niko Rosberq.

Yeni Mercedes GP MGP W01 şassisi gələn həftə testlərdə peyda olacaq, bu gün isə qonaqlar yeni maşının rəng çalarını görüblər - açıq-gümüşü fonda komandanın titul sponsorunun, Malayziyanın Petronas neft şirkətinin loqotipləri vurulub.

Mixael Şumaherin Formula1-ə qayıdışını alqışlayan Daimler konserninin başçısı Diter Tsetşe deyib: "Almaniyada dünya şöhrətli ulduz elə də çox deyil, amma onlardan ikisi bu gün burdadır: Mixael Şumaher və Mercedes-Benz. Mixael özünün ilk məhəbbətinə qayıdır!"

Mixael Şumaher isə əlavə edib: "Məncə, burda yalnız ulduzlar toplaşıblar: Ross Braun, onun çempion komandası, Mercedes-in təcrübə və bilikləri və müasir Formula1-in ən yaxşı motoru, ona görə də bizim məqsədimiz aydındır: biz çempion titulu qazanmaq istəyirik. Biz onun uğrunda elə ilk startdan mübarizə aparacayıq."

Ardınca Diter Tsetşe qeyd edib: "Əgər komanda bu il titul qazanmasa, qorxulu heç nə baş verməyəcək - bizə bir qədər vaxt verin, bu baş verənə qədər mən sağ qalacam."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829