Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Mercedes: Təqdimata hər şey hazırdır (video)

Sayta qoyulub: 11:43 25.01.2010 (200 dəfə oxunub)
Hərf ölçüsü:

Mercedes: Təqdimata hər şey hazırdır (video)

Bu gün yerli vaxtla saat 11:00-da Mercedes-in Ştutqartdakı muzeyində yeni Mercedes GP maşınının təqdimat mərasimi başlayacaq. Mərasimə toplaşmış 600 çağırılmış qonaq, şirkətin əməkdaşları və 250 jurnalist əfsanəvi "gümüşü oxlar"ın dirçəlməsinin şahidi olacaqlar.

Mərasimə iki saat qalmış muzeyin holunda Mixael Şumaher və Niko Rosberq görünüblər, DaimlerMercedes-in rəhbərliyi, komandanın nümayəndələri artıq burda idilər. Jurnalistlərə bir daha bildirilib ki, onlar yeni maşını görməyəcəklər, onlara yalnız yeni maşının rəng çalarları göstəriləcək, testlərə qədər qalmış bir həftədə komanda yeni maşın üzərində işini davam etdirəcək...

Norbert Hauq: "Yeni maşın bazar günü hazır olacaq və dərhal testlərə göndəriləcək, amma bizim təqdimat üçün kifayət qədər səbəblərimiz var: biz "gümüşü oxlar"ın yeni rəng çalarlarını göstərmək və yeni sponsorumuz - Petronas şirkətini təqdim etmək istəyirik.

Yeni rəng çalarının hazırlanmasında Mercedes-in dizayn mərkəzinin mütəxəssisləri də çalışıblar və biz alınan nəticə ilə fəxr edirik. Siz çox təəccüblənəcəksiniz. 1934-cü ildə tarixi "gümüşü oxlar"dan bütün rəngi silmişdilər ki, maşınlar yüngülləşsin. Bizim maşın həmin hadisəni xatırladır. Korpusun bəzi hissələrində yerlər var ki, karbon görünür. Əlbəttə, Mercedes-in loqotipi də olacaq, üçşüalı ulduzu da. Şəxsən mənim çox xoşuma gəlir!"

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829