Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

S.Fettel pula və alkohola qarşı biganədir

Sayta qoyulub: 19:33 23.01.2010 (36 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

S.Fettel pula və alkohola qarşı biganədir

Keçmiş illərin əfsanəvi sürücüləri trasda qazandıqları uğuru axşam barlarda qeyd etməyi yaddan çıxarmırdılar, amma zəmanə dəyişib, Formula1 ildən-ilə gəncləşir və sürücülərin yeni nəsli idman rejimini gözləməyə daha ciddi əməl edir. Auto Bild Motorsport-a müsahibəsində Sebastyan Fettel etiraf edib ki, alkohola qarşı biganədir və almanların ənənəvi içkisi olan pivəni heç xoşlamır...

Sebastyan Fettel: "Mən pivəni xoşlamıram, dadı mənə çox acı gəlir - bəlkə mən hələ bunun üçün çox gəncəm. Çox nadir hallarda bir qədəh çaxır və ya pivə içirəm, onu da sadəcə ənənə xatirinə.

Mən başqa cür tərbiyə almışam, mən özümü ulduz kimi hiss etmirəm, pul məni maraqlandırmır. Qeyri-adi hisslər, məsələn, Monsada ilk qələbədən yaşadığım sevinc məni xoşbəxt edir, qələbə qazanarkən mən pul barədə düşünmürəm."

 
XƏBƏR ARXİVİ
<Mart 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
Netty2010-İştirakçı