Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Santander P.de la Rosanın şəxsi sponsorudur

Sayta qoyulub: 10:20 23.01.2010 (163 dəfə oxunub)
Hərf ölçüsü:

Santander P.de la Rosanın şəxsi sponsorudur

Hamı bilirdi ki, Sauber komandasının Pedro de la Rosa ilə müqavilə bağlamasında marağı yalnız sürücünün təcrübəsinə bağlı deyildi - İspaniyanın ən böyük bankı Santander Formula1-də milli sürücüləri aktiv dəstəkləyir. Bu gün Santander-in nümayəndələri rəsmən təsdiq ediblər ki, 2010-ci ildə Pedroya şəxsi sponsorluq edəcəklər...

Santander – Ferrari-nin əsas sponsorlarından biridir, qeyri-rəsmi məlumata görə, bankirlər Fernando Alonsonun keçidini də maliyyələşdiriblər və hətta onun əmək haqqını da ödəyəcəklər, amma bankın marağı ikiqat dünya çempionunu dəstəkləməklə məhdudlaşmır.

Mercedes GP komandası ilə müqavilə bağlamış Petronas neft şirkəti kimi sponsorunu itirən Sauber komandası maliyyə problemləri ilə üzləşib və Pedro de la Rosa ilə Santander-dən gəlmiş vəsait bu problemin bir hissəsini aradan qaldırıb.

Xuan Manuel Sendoyya, Santander-in vitse prezidenti: "Pedro bizim dostumuzdur, o McLaren-də işləyərkən hamıda xoş təəssüratlar yaradıb. Biz Sauber komandasını dəstəkləməyə hazır deyilik, amma şəxsən ispaniyalı sürücüyə dəstək olacayıq."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829