Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

Toro Rosso X.Algersuarini təsdiq edib

Sayta qoyulub: 10:49 22.01.2010 (45 dəfə oxunub )
Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Toro Rosso X.Algersuarini təsdiq edib

Gözlənildiyi kimi fevral testləri ərəfəsində Scuderia Toro Rosso komandası rəsmən təsdiq edib ki, Sebastyen Bueminin 2010-cu ildə komanda yoldaşı ispaniyalı sürücü Xayme Algersuari olacaq. Komandanın mətbuat xidməti bu münasibətlə reliz yayıb...

Frans Tost: "Xaymenin keçən ilin ortalarında, Macarıstan Qran Prisində, ilkin testlərdə iştirakı olmadan debüt etməsini nəzərə alsaq demək olar ki, o işinin öhdəsindən pis gəlmədi - mövsümün ikinci yarısında o stabil olaraq inkişaf edirdi. Cəmi 19 yaşı olmasına baxmayaraq, yarışlara çox ciddi hazırlaşırdı. 2010-cu ildə Xayme hələ öyrənməyi davam edəcək, çünki mövsümün birinci yarısındakı traslar ona tanış deyil.

Algersuari ilə müqavilənin bağlanması bir daha göstərir ki, biz əvvəlki kimi Red Bull-un gənclər proqramının yetişdirmələri ilə işləməyə hazırıq."

Beləliklə, Toro Rosso komandası əvvəlki heyətini tam saxlayıb və komandanın maşınlarını starta Sebastyen Buemi və Xayme Algersuari çıxaracaqlar...

 
XƏBƏR ARXİVİ
<Mart 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
Netty2010-İştirakçı