K.Rəykkönen: "Gələn ilin ortalarında mən qərar qəbul edəcəm"
Sayta qoyulub: 19:25 21.01.2010 (68 dəfə oxunub )
Kimi Rəykkönen gələn ilin ortalarına kimi gözləmək fikrindədir və yalnız bundan sonra qərar qəbul edəcək ki, karyerasını rallidə davam etdirsin yoxsa Formula1-ə qayıtmağa çalışsın.
2010-cu ildə Kimi öz gücünü ralli üzrə dünya çempionatında (WRC) Citroen-in gənclər komandasında sınayacaq və öz seçimini şərh edərkən o bir neçə dəfə bildirib ki, Formula1-lə həmişəlik ayrıla bilər.
Amma İtaliyanın Autosprint jurnalına müsahibəsində 2007-ci ilin dünya çempionu bildirib ki, onun gələcəyi hələ tam məlum deyil və o əvvəlki kimi Formula1-i sevir...
Kimi Rəykkönen: "Mənim üçün həmişə WRC-də çıxış etmək maraqlı idi və müəyyən bir vaxtda Red Bull-un sayəsində belə bir imkan əldə etdim. Niyə bu imkandan istifadə etməyim? Amma Formula1-in qapısı mənim üçün açıqdır. Mən bu çempionata ömrümün doqquz ilini həsr etmişəm və bir çox maraqlı xatırələrim var.
Bu ilin ortalarında mən qərar qəbul edəcəm - ya rallidə qalacam, ya da F1-ə qayıdacam."
Hərf ölçüsü:

Yüklənir...
XƏBƏRLƏR bölümünün digər xəbərləri: