Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

R.Şumaher Stefan GP ilə danışıqlar aparır?

Sayta qoyulub: 10:22 18.01.2010 (161 dəfə oxunub)
Hərf ölçüsü:

R.Şumaher Stefan GP ilə danışıqlar aparır?

Ralf Şumaher bu yaxınlarda daha bir dəfə bildirmişdi ki, Formula1-dən birdəfəlik gedib. Amma son ayın hadisələri, xüsusən də, Mixael Şumaherin Formula1-ə qayıtması ətrafında ajiotajın yaranması, alman sürücünün fikrini dəyişib. Focus jurnalının yaydığı xəbərə görə, Ralf Zoran Stefanoviçlə danışıqlar aparıb...

Formula1-də altı qələbə qazanmış Ralf son iki ili DTM seriyasında keçirib, amma yaddaqalan yarış göstərə bilməyib. Ralfın hazırda 34 yaşı var və onun təcrübəsi bir çox komandalara, xüsusən də debütantlara gərək ola bilər. Nəzərə alsaq ki, Stefan GP komandası texniki cəhətdən faktiki olaraq Toyota-nın sələfidir - məhz bu komandada Ralf 2005-2007-ci illərdə çıxış edib - belə bir seçim məntiqi görünür.

Serb komandasına gəlincə, onun gələcəyi hələ də aydın deyil. Belqradda Formula1-də artıq 2010-cu ildə debüt etmək arzusunda olduqlarını gizlətmirlər və məhz buna da hazırlaşırlar. Hətta mühəndislərin hazırladıqları maşın FİA-nın krəş testindən də keçib. Amma federasiya Stefan GP-nin çempionatın startına buraxılması barədə heç bir məlumat verməyib...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829