Abu Dabi Qran Prisi: İlkin hava proqnozu

Abu Dabi uik-endinə ilkin hava proqnozu sürpriz vəd etmir - yeni trasda ilk yarış isti havada keçəcək, yağışın yağma ehtimalı sıfra bərabərdir. Yerli ərazi üçün quru subtropik iqlim xarakterikdir, adətən yağışlar fevral-mart aylarında olur, ona görə də qarşıdakı uik-end sürücüləri günəşli isti hava və yüksək rütubət gözləyir...
Cümə, şənbə və bazar günləri günorta temperatur +34 dərəcəyə qədər qızacaq, amma çox şey axşam vaxtı temperaturdan asılı olacaq. Cümə günü ikinci sessiya, sıralanma turu və yarış yerli vaxtla saat 17:00-da başlayacq, günəş isə saat 17:45-də batır, ona görə də temperatur tədricən +26 dərəcəyə qədər aşağı düşür. Yeni avtodromda bokslar kondisionerlərlə təmin olunub, amma trasda isti olacaq...






















Yüklənir...
XƏBƏRLƏR-2009 bölümünün digər xəbərləri: