Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 10:02 29.10.2009 (208 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Tarixi traslar çempionatı tədricən tərk edir, onların yerini isə yeni avtodromlar tutur. Keçən il çempionatda Valensiya və Sinqapur debüt etmişdi, 2009-cu ilin mövsümü isə yeni Abu Dabi trasındakı yarışla baaş çatacaq.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında avtodromun tikintisi fikri 2006-cı ilin yanvarında rəsmiləşdirilib, o zaman German Tilke sadəc 3 km uzunluğu olan bir trasın hazırlanması sifarişini alıb - trasda yerli və regional səviyyəli yarışların keçirilməsi nəzərdə tutulmuşdu. Hər ay layihə genişlənib - artıq yayda qərara alınıb ki, layihə Formula1 miqyasına qədər böyüdülməlidir. Xərclərin də artması süni Yas adasındakı bu avtodromu dünyanın ən bahalı idman layihəsinə çevirib.

Tras

Tarix: 30 oktyabr-1 noyabr 2009-cu il
Tras: Yas Marina
Dövrənin uzunluğu: 5554 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 305.470 km

Artıq 2007-ci ildə trasın maketinin təqdimetmə mərasimi təşkil olunub, Ekklstounla müqavilə imzalanıb və debütünə iki qalmış yeni Qran Pri yerli Etihad Airways aviaşirkəti kimi titul sponsoru qazanıb. Sinqapurdakı ilk gecə yarışının uğurlu keçməsindən sonra avtodromun layihəsi sübi işıqlandırma sisteminin qurulması üçün dəyişdirilib, amma biz sadəcə gecə yarışını görməyəcəyik, yarış təbii işıq altında starta alacaq, amma finiş artıq süni işıqlar altında olacaq.

Trasın bir hissəsi sahil ərazidən keçir, Abu Dabidə qabarma hündürlüyü yarım metrdən hündür olmadığı üçün praktiki olaraq dalğalar olmur, ona görə də bu sahədə imkanlı azarkeşlər üçün yarışın gedişini lövbər salmış yahtlardan izləmək şəraiti yaradılıb.

Tras

Layihənin əsasında elə əvvəldən ikili xarakter nəzərdə tutulmuşdu - trasın birinci yarısı sürətli stasionar avtodromu xatırladır, ikinci yarısı isə daha çox şəhər traslarına xas olan yavaş və orta sürətli döngələrdən ibarətdir.

Komandalara optimal sazlanmalar tapmaq asan olmayacaq, dövrənin əvvəlindəki sürətli sahələr ötməyə imkan verir, amma düz yolun sonunda zəruri olan asfalta yatma qüvvəsinin aşağı səviyyəsi maşının yavaş döngələrdə stabilliyini azaldacaq.

Tras

Daha bir maraqlı xüsusiyyət pit-leyndən çıxışdır - çıxış tuneldə, trasın altındadır və sürət məhuddiyyətini bildirən xətdən sonra başlayır.

İki pit-stoplu strategiya ən çox ehtimal olunandır, amma bunu hələ dəqiq söyləmək mümkün deyil, bir şey dəqiq məlumdur ki, ilin bu vaxtında bu yerlədə yağış olmur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829