Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Qatar Telecom - Brawn GP-nin Abu Dabidə sponsoru olacaq

Sayta qoyulub: 17:39 28.10.2009 (247 dəfə oxunub)
Hərf ölçüsü:

Qatar Telecom - Brawn GP-nin Abu Dabidə sponsoru olacaq

Qatar Telecom şirkəti Brawn GP komandasına Abu Dabi Qran Prisində sponsorluq edəcək. Qatar Telecom Qətərin aparıcı telekommunikasiya şirkətidir, dünyanın 17 ölkəsində nümayəndəliyi var və şirkət təsir dairəsini genişləndirməyi planlaşdırır.

Formula1 Yaxın Şərqdə populyarlıq qazanmaqdadır və çempion komanda ilə əməkdaşlıq şirkətin aktiv siyasətinə uyğundur. Hələlik müqavilə yalnız bir yarışa imzalanıb, Qatar Telecom-un loqotipləri Censon Batton və Rubens Barrikellonun maşınalrının arxa antiqanadına və kokpitin yanlarına vurulacaq...

Ross Braun: "Biz bu uik-end Qatar Telecom-la əməkdaşlıq etməyə çox şadıq. Abu Dabi Qran Prisi yeni Yas Marina trasına baş tutacaq və maraqlı mövsümün layiqli sonluğu olacaq. Biz artıq hər iki titulu qazanmışıq və çempionatın son yarışını Qatar Telecom-la birlikdə yaxşı keçirməyə ümid eidrik."

Nasser Marafi, Qatar Telecom-un icraçı direktoru: "Biz Fars körfəsindəki təsirimiz gücləndiririk və bizim dünya çempionları - Brawn GP komandası ilə müqaviləmiz şirkətin iddialı planalrına müvafiq gəlir. Biz fəxr edirik kİ, bizim şirkətin adı bir ildə belə uğur qazanmış komandanın adı ilə birgə çəkiləcək. Abu Dabi Qran Prisində Brawn GP komandası ilə əməkdaşlıq bizə sərf edir."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829