Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Doninqton yoxsa Silverstoun?

Sayta qoyulub: 16:52 26.10.2009 (250 dəfə oxunub)
Hərf ölçüsü:

Doninqton yoxsa Silverstoun?

Bu gün günorta Doninqton Parkın rəhbərliyi üçün ayrılmış son müddət bitib - tras rəhbərliyi trasın yenidənqurulmasının maliyyə mənbəyini elan etməli idi. Keçən həftə məlum olmuşdu ki, 135 milyon funt gəlir gətirməsi nəzərdə tutulan sərmayə sxemi iflasa uğrayıb, ehtiyat varianta ümid olsa da, tras rəhbərliyi heç bir bəyanatla çıxış etməyib.

Britaniyanın Autosport saytı yazır ki, Berni Ekklstoun artıq Silverstounla danışıqlara başlayıb, trasın sahibi olan Britaniya Sürücülər Klubunun (BRDC) başçısı Dəymon Hill isə BBC-nin efirində kompromisin mümkünlüyündən danışıb...

Dəymon Hill: "Əminəm ki, biz Silverstounda yarışın keçirilməsi üzrə müqavilə bağlaya biləcəyik, amma müqavilənin şərtləri real olmalıdır. Biz razılığa çox ümid edirik, amma avtodromun maliyyə işlərini təhlükə altına qoya bilmərik."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829