Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 10:17 14.10.2009 (218 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir çox maraqlı düz uzun yollar var, amma yarışdan sonra sürücülər asfaltın kələ-kötür olmasından və hərəkətin saat əqrəbinin əks istiqamətində olmasından gileylənirlər.

İnterlaqos şəxsi vəsaitlər hesabına tikilib və 1940-cı ildən yarışlar üçün açılıb, amma artıq on ildən sonra bələdiyyənin hakimiyyətinə qatılıb - şəhərin yüzillik yubileyini qeyd edən komitə çox simvolik qiymətə trası əvvəlki sahiblərindn alib. O zaman trası modernləşdirmək cəhdləri edilsə də, real işlər görülmürdü. Yalnız 1972-ci ildə İnterlaqos Formula1 yarışını qəbul etdi, 1990-cı ildən isə bu mərhələ daim təqvimdə yerini aldı.

Tras


Tarix: 16-18 oktyabr 2009-cu il
Tras: İnterlaqos
Dövrənin uzunluğu: 4309 m
Dövrələrin sayı: 71
Ümumi məsafə: 305.909 km

Tras motora qarşı çox tələbkardır və ənənəvi olan yavaş ikinci sektorda asfalta ilişmə ilə birinci və üçüncü sektorlarda sürət arasında kompromis axtarmağa məcbur edir. Adətən burada motorlar başqa traslarda olduğu kimi effektiv deyillər - İnterlaqos dəniz səviyyəsindən 750 metr yüksəkdədir, ona görə də mühəndislər bir neçə məchullu tənliklər həll etməli olurlar. Hava da bu yerlərdə ilin bu vaxtında gözlənilməz sürprizlər edə bilər.

Tras

Son illərdə olduğu kimi bu mövsüm Braziliyada başa çatmır, amma starta titula üç namizəd çıxacaq, yarışın son illərdə olduğu kimi maraqlı keçməsinə şübhə yoxdur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829