Tras
Sayta qoyulub: 10:14 23.09.2009 (338 dəfə oxunub)
Sinqapur Respublikası Cənub-Şərqi Asiyada şəhər-dövlətdir və ekvatordan 137 km şimalda yerləşir. Sinqapur əhalisinin sıxlığına görə dünyada ikinci yeri tutur və adambaşına gəlirə görə dünya liderlərindən biridir. Milli dil malay dilidir, amma ingilis, çin və tamil dilləri də rəsmi sayılır. Gəlirin əsas mənbəyi tranzit dəniz limanı və yüksək texnologiyaların istehsalıdır.
Faktiki olaraq bir ilə tikilmiş tras şəhərin küçələrini əhatə edir, yalnız 1.2 km-lik düz yol yeni tikilib və bokslar, paddok və start düzlüyü bu hissəyə salınıb. Şəhər traslarından bu ən sürətlisidir - dörvrədə 3 dəfə maşınlar 300 km/saat sürət yığırlar, amma buna baxmayaraq, Monakodan sonra çempionatın ən yavaş trasıdır.
Tarix: 25-27 sentyabr 2009-cu il
Tras: Sinqapur
Dövrənin uzunluğu: 5067 m
Dövrələrin sayı: 61
Ümumi məsafə: 308.950 km
Asfaltın tərkibi məxsusi olaraq yeni avtodrom üçün hazırlanıb, hazırlanmasında isə Shell şirkəti bilavasitə iştirak edib - mühəndislər hesab edirlər ki, yeni asfalt adi asfalta nisbətən ilişməni 20% artırmalıdır. Trasın böyük bir hissəsi şəhərdə olduğu üçün asfalt bir gecəyə döşənilmişdi - yolda hərəkət bağlanılıb və fəhlələr bir gecəyə 15 ton asfalt döşəyiblər. Builki yarış ərəfəsində bəzi sahələrdə asfalt yenidən döşənib - keçən il kələ-kötürlük aydın hiss olunurdu.
Tras müvəqqəti hasarla mühasirəyə alınıb, yarışdan sonra hasar söküləcək. Tras boyu süni işıqlandırma sistemi quraşdırılıb. Formula1 tarixində ilk gecə yarışının devizi - "Gecə də gündüz kimi işıqlıdır". Sistemin quraşdırılmasına elan olunmuş tenderi italiyalı Valerio Mayolinin şirkəti qazanıb, şirkət idman tədbirlərinin işıqlandırılmasında qırxillik təcrübəyə malikdir, sonuncu futbol üzrə dünya çempionatının işıqlandırılması da bu şirkətin işi olub, amma Sinqapurda unikal məsələləri də həll etmək lazım idi. Trasın eni 10-15 metrdir, işıq selini elə yönəltmək lazımdır ki, işıqlandırma bərabər bölünsün, sürücülər və televiziya üçün kifayət qədər olsun, dönmələrdə və yağışda ciddi əksolmalar olmasın. 240 dirək, 1500 projektor, hər birinin də gücü 2000 Vatt - işıqlandırma sisteminin ümumi məsrəfi 3 milyon Vattdır.
Trasda hərəkət saat əqrəbinin hərəkətinin əks istiqamətindədir, 23 döngə (13 sol, 10 sağ), formal olaraq ötmələr 1, 7 və 14-cü döngələrdə mümkündür, dövrənin hesablanma vaxtı 1 dəqiqə 30 saniyədir, ən yavaş döngədə sürət 75 km/saat, ən sürətli döngədə sürər 275 km/saatdır. Tras asfalta yatma qüvvəsinin yüksək səviyyəsini tələb edir və əyləcləri çox yükləyir.
Keçənilki Sinqapur yarışının əks-sədası bu ilin yayında davam edib - yarışın 14-cü dövrəsinin 17-ci döngəsində qəzaya uğrayan Nelsinyo Pike bu ilin yayında komandasından qovulduqdan sonra FİA-ya rəsmən bildirib ki, komanda rəhbərliyi bu qəzanı törətməyi planlaşdırıblarmış ki, qəzadan bir dövrə əvvəl yanacaq doldurmuş onun komanda yoldaşı Fernando Alonso üstünlük qazansın. Araşdırma nəticəsində Renault komandası ikiillik şərti cəza alıb, komanda başçıları işdən azad edilib, amma yarışın nəticəsi dəyişdirilməyib - ilk gecə yarışının qalibi Fernando Alonso olmuşdu.
Görək bu dəfə necə olacaq, sinoptiklər isə keçən il olduğu kimi yağışlar vəd edirlər...
Hərf ölçüsü:

Yüklənir...
2009-14: SİNQAPUR QP bölümünün digər xəbərləri: