Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Xeres, 12 fevral

Sayta qoyulub: 00:43 13.02.2009 (476 dəfə oxunub)
Hərf ölçüsü:

Xeres, 12 fevral

Sebastyen Burde Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Toro Rosso ilə müqaviləsini uzatdıqdan sonra ilk dəfə sükan arxasına oturan fransalı sürücü 128 dövrə vurub, düzdür, o maşının keçid versiyası ilə işləyib. Toro Rosso bu gün yumşaq və orta tərkibli təkərlərin xarakteristikalarını müqayisə edib, sazlanmalarla işləyib və asılqanların bir neçə variantda iş rejimini yoxlayıb. Bundan başqa komanda Ferrari motorunun resursunu yoxlamaqda davam edib, resurs öz dövrünü sabah başa vurmalıdır.

Yeni maşınlarla işləyən sürücülər arasında Lyuis Həmilton birinci olub, dünya çempionu Heykki Kovalaynenin başladığı proqramı davam etdirib - səhər komanda sazlanmalarla işləyib, nahardan sonra isə sürücü bir neçə uzun seriya edib, mühəndislər uzun məsafədə maşının davranışını təhlil ediblər və KERS-i sınaqdan çıxarıblar. Sabah Lyuis işini davam etdirəcək.

Sebastyan Fettel Lyuisə cəmi 0.001 saniyə uduzub. Səhər alman sürücü uzun dövrələr seriyasə qət edib və təmir üçün boksa qayıtmalı olub. Bir neçə saatdan sonra sürücü trasa qayıdıb və komanda nəzərdə tutduğu proqramı tam yerinə yetirib. Sabah Red Bull RB5-in sükanı arxasına Mark Uebber oturacaq. Kazuki Nakacima Fettel qədər məsafə qət etsə də ən yaxşı dövrəsində alman sürücüyə uduzub. Fernando Alonso isə protkollarda sonuncu sətri tutub - ispan sürücü günün ən böyük məsafəsini qət edib (133 dövrə), komanda isə bu gün bütün diqqətini etibarlılığa yönəldib...

Sabah testlər başa çatacaq...

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. S.BurdeToro RossoFerrari1:18.493126
2. L.HəmiltonMcLarenMercedes+ 0:02.24493
3. S.FettelRed BullRenault+ 0:02.24592
4. K.NakacimaWilliamsToyota+ 0:02.40592
5. F.AlonsoRenaultRenault+ 0:02.814133

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829