Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Saxir, 11 fevral

Sayta qoyulub: 00:35 12.02.2009 (408 dəfə oxunub)
Hərf ölçüsü:

Saxir, 11 fevral

Bu il çempionat iştirakçılarının hava sarıdan bəxtləri heç gətirmir. Yanvar ayında Potimao və Mücello testlərində yağışlar testlərə mane olmuşdu və 3 komanda Avropanı tərk edərək növbəti testləri isti Bəhreyndə keçirməyi qərara almışdı, amma Saxir trasında dünən testlərə səhərki duamn mane olmuşdu, bu gün isə avtodromun üzərindən güclü qum fırtınası keçib...

Səhər tesdən güclü küləyin əsməsinə baxmayaraq Ferrari, BMW Sauber və Toyota-nın yeni maşınalrı trasa çıxıblar, amma saat yarımdan sonra hava pisləşdiyindən avtodrom bağlanıb - tibb helikopterin göyə qalxması mümkün olmayıb. Komandalar havanın yaxşılaşmasına ümid etsələr də vəziyyət dəyişməyib.

Testlərin dayandırılmasına kimi Felipe Massa 17 dövrə vuraraq protokollarda ilk sətri tutub, sabah braziliyalı sürücünü Kimi Rəykkönen əvəz edəcək. İkinci sətri tutmuş Robert Kubitsa isə sabah da işini davam etdirəcək. Üçüncü olmauş Timo Qlok isə yerini Yarno Trulliyə verəcək.

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. F.MassaFerrariFerrari1:33.63917
2. R.KubitsaBMW SauberBMW+ 0:00.75922
3. T.QlokToyotaToyota+ 0:01.26314

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829