Almaniyanın Bild qəzetinə müsahibəsində FİA prezidneti Maks Mosli bildirib ki, həm onun üçün, həm də Berni Ekklstoun üçün Mixael Şumaherin qayıtması sürpriz olub…
Maks Mosli: “Mixael Şumaherin qayıtması Formula1 üçün böyük stimuldur. Mən evimdə idim, Monakoda, telefonla Ekklstounla danışırdım. Televizor işləyirdi, ekranda qaçan sətirlərdə oxudum ki, “Mixael Şumaher qayıdır.” Mən Bernidən soruşdum ki, bu doğrudurmu, o isə cavab verdi ki, “Nə? Yox, bu ola bilməz.” O mənim kimi təəccüblənmişdi.
Şanslar necədir? Mixael yavaş ola bilməz, onun qayıtması uğurlu olacaq, yaş isə – Xuan-Manuel Fanxio titul qazananda 46 yaşı var idi. Mixael yarışda qalib gələ bilər, o maşından maksimum yararlana bilir. 1991-ci ilin Belçika Qran Prisi yadınızdadır? Mİxael Spada Jordan komandasında debüt etmişdi və ilk sıralanma turunda yeddinci olmuşdu.”