Mixael Şumaxerin vəziyyəti ağırdır…

F-1.az bildirir ki, Qrenoblın universitet hospitalında mətbuat konfransı baş tutub, konfransda Mixael Şumaxerin müalicəsində birbaşa iştirak edən həkimlər qısa bəyanatla çıxış ediblər...

“Mixael Şumaxer çox ciddi zədələr alıb. Biz qərara almışıq ki, vəziyyət çox ağırdır və onu təcili süni komaya salmışıq. Dünən gecə neyrocərrahi müdaxilə nətciəsində çoxlu məlumat toplaya bilmişik. Biz bu əməliyyatı keçirməliydik, çünki kəllədaxili təzyiqi aşağı salmalıydıq. Təəssüf ki, sürücünün beyninin bir hissəsi zədələnib…”

Professor Jan Fransua Payen əlavə edib: “Mixael dərhal hospitala çatdırılıb və təcili əməliyyat olunub. Bu isə o deməkdir ki, onun vəziyyəti ağırdır. Hələlik sürücü süni komadadır və komada da qalacaq. Hazırda zəruri olan hər bir şey edilib, amma biz deyə bilmərik ki, o nə zaman sağalacaq – bu suala hələlik bizim cavabımız yoxdur…”

Payen davam edib: “Biz onun ailəsi ilə əlaqə saxlayırıq, ailəsi tam heyətlə buradadır. Hazırda biz növbəti əməliyyata ehtiyac duymuruq. Ona ilkin yardım Meribeldə göstərilib, burda isə vəziyyətini stabilləşdirmişik…”

Professor Stefan Şabard qeyd edib ki, başındakı dəbilqə Şumaxeri xilas edib: “Dəbilqə onu tam qorumasa da, köməyi çox olub. Biz tez-tez bu cür zədələrlə rastlaşırıq. Mən buraya həkim kimi deyil, dost kimi gəlmişəm. Hamıya dəstəyinə görə təşəkkür edirəm, hospitalın həkim briqadasına da təşəkkür edirəm. Bizim hamımızı Mixaelin sağlamlığı narahat edir, amma hələlik həkimlər heç nə deyə bilməzlər, onların işləri davam edir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*