16 Dekabr 2018, Bazar - 09:54

Mixael Şumaxer mətbuatdan gizlənir?

Mixael Şumaxer mətbuatdan gizlənir?

Müəllif: Rauf Hacıyev, redaktor

20:04 - 14 Mart, 2016

Mixael Şumaxerin meneceri Sabine Kem bildirib ki, Şumaxer qəzadan əvvəl ona deyibmiş ki, mətbuatdan uzaq olmaq istəyir…

F-1.az xatırladır ki, Şumaxer 2013-cü ilin dekabr ayında dağ-xizək kurortunda yıxılmışdı və hazırda almaniyalı sürücünün vəziyyəti pisdir.

Əfsanəvi sürücünün meneceri yeni bir açıqlama verib: “Mətbuat Mixael və Korinnanın şəxsi həyatı barədə heç nə bilmirdi. O, İsveçrədə yaşayanda da hər şeyini mətbuatdan gizlədirdi.

Biz o vaxt Mixaellə uzun-uzadı müzakirələr apardıq və o mənə dedi ki, “Məni gələn il axtarma. Mən göz önündən itmək istəyirəm”.

İnsanlar onunla maraqlanır və onun haqqında yeni məlumatlar almaq istəyirlər. Amma jurnalistlər bəzi şeyləri yazmamışdan əvvəl düşünməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 284
Teqlər , ,
Paylaş

logo