23 Noyabr 2017, Cümə axşamı - 11:38

Michelin hələ də Formula1-ə qayıtmaq istəyir

Michelin hələ də Formula1-ə qayıtmaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

09:24 - 06 Fevral, 2016

Sonuncu dəfə 2006-cı ildə Formula1 komandalarını təkərlə təchiz edən Michelin 2017-ci ildə yenidən bu idmana qayıtmaq üçün bir müddət əvvəl müraciət etmiş, Formula1 rəhbərliyi isə Pirelli ilə müqaviləni uzatmışdı.

F-1.az xatırladır ki, Michelin-in geri qayıtması zamanı istəklərindən biri 13 düymə diametri olan hazırkı təkərlərin əvəzinə 18 düyməlik təkərlərə keçid idi.

Michelin Motorsport-un rəhbəri Paskal Kuanon bu barədə danışıb: “Formula1-ə qayıtmaq istəyimiz dəyişməyib. Amma bu yarışda bizə məntiqli gəlməyən şeylər olarsa, fikrimiz dəyişə bilər. Əgər yarış ruhu olacaqsa, tamaşaçılar üçün əsl şou olacaqsa və biz də bildiklərimizi bu idmanda nümayiş etdirə biləcəyiksə, yaxşı olacaq.

Əgər biz gəlsək, 18 düyməlik təkərlərə qayıtmaq məcburiyyətində qalacaqlar. İstənilən halda, Formula1 mövcud təkər ölçüləri ilə vidalaşmalıdır. Yarış avtodromlarından şəhər küçələrinə texnologiya transfer etmək istəyirsinizsə, məhsullar arasında oxşarlıq olmalıdır.

2017-ci ildə maşınları 5 saniyə sürətləndirmək istəyirlər. Bu, təkərlərdə dəyişikliklər edilməzsə, böyük miqdarda xərc tələb edir. Amma təkərlərdə dediyimiz dəyişikliyi etsələr, ən azı 1,5 saniyə əldə edə bilərlər. Buna görə də, Formula1-in Michelin təkərlərinə keçməsi rəqiblərimizlə yola davam etməkdən daha ucuz başa gələr”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 352
Teqlər , ,
Paylaş

logo