M.Hakkinen Mixael və yarışları tərk etməsi barədə…

Mixael Şumaher üçillik fasilədən sonra Formula1-ə qayıdıb və Mercedes GP komandasının heyətində ikinci mövsümünə hazırlaşır. Maraqlıdır ki, Mixaelin ən başlıca […]

Mixael Şumaher üçillik fasilədən sonra Formula1-ə qayıdıb və Mercedes GP komandasının heyətində ikinci mövsümünə hazırlaşır. Maraqlıdır ki, Mixaelin ən başlıca rəqiblərindən biri, ikiqat dünya çempionu Mika Hakkinen Mixaeldən cəmi üç ay böyük olsa da, Formula1-i 10 il əvvəl tərk edib.

Avstriyanın Servus TV telekanalına müsahibəsində Hakkinen Şumaherə uğur arzulayıb, amma qeyd edib ki, Formula1-də son illər rəqabət güclənib və sürücülərin səviyyəsi əvvəlkindən yüksəkdir…

Mika Hakkinen: “Məncə, Mixael güclü qərar qəbul edib və Formula1-ə qayıdıb. Bu ciddi çağırışdır. Amma, məncə, əsas odur ki, çempionat iştirakçılarının səviyyəsi əvvəlkindən çox güclüdür. Mixael özünə yeni olan bir çox yenilikləri öyrənir, amma mən ona uğur arzulayıram.

Mən isə vaxtılə Formula1-i tərk etmək barədə qərarı asanlıqla qəbul etmişdim. Yarışa bütün qəlbini verməlisən, qələbə əzmi ürəkdən gəlməlidir, mənim üçün isə bu əziyyətə çevrilmişdi…

Mənim Formula1 karyeram uzun və çətin olmuşdu. Mən bir neçə dəfə ciddi qəzalara düşmüşdüm. Hər dəfə sükan arxasına qayıtmaq üçün böyük güc sərf edirdim. Ona görə də mənim “akkumulyatorum” tam boşalmışdı, hərçənd, bəlkə də mən istefaya bir az tez getmişdim…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*