M.Hakkinen Həmiltonun yeni meneceri olacaq?

Avropa mətbuatında yeni şayiə dalğası yayılmaqdadır – Lyuis Həmilton özünə yeni menecer tapıb. İtaliyanın Tuttosport qəzeti hesab edir ki, Lyuis […]

Avropa mətbuatında yeni şayiə dalğası yayılmaqdadır – Lyuis Həmilton özünə yeni menecer tapıb. İtaliyanın Tuttosport qəzeti hesab edir ki, Lyuis bu vəzifəyni ikiqat dünya çempionu Mika Hakkinenə həvalə edib – finlandiyalı sürücü hələ də McLaren komandası ilə sıx əlaqədardır. Bundan başqa Hakkinenin belə bir işdə təcrübəsi də var: Monakoda qeydiyyatdan keçmiş Aces Group şirkəti vasitəsilə o gənc finlandiyalı sürücü Valteri Bottasın karyerası ilə məşğul olur – sürücü Formula3-ün Avropa seriyasında yarışmaqla Williams komandasının test sürücüsü sayılır.

Hakkinen özü paddoka qayıtma imkanını, özü də bu dəfə menecer qismində, istisna etmir. Tuttosport fikrincə, Aces Group və Həmilton arasında müqavilə yaxın günlərdə elan oluna bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*