24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:30

M.Hakkinen Həmiltonun Mercedes AMG-yə keçidi barədə

M.Hakkinen Həmiltonun Mercedes AMG-yə keçidi barədə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:54 - 12 Fevral, 2013

İkiqat dünya çempionu Mika Hakkinen hesab edir ki, sürücülər komandadan komandaya asanlıqla keçirlər, yəni bu zaman xüsusi bir hiss yaşamırlar. […]

İkiqat dünya çempionu Mika Hakkinen hesab edir ki, sürücülər komandadan komandaya asanlıqla keçirlər, yəni bu zaman xüsusi bir hiss yaşamırlar. Vaxtılə Lotus və McLaren komandalarında çıxış etmiş finlandiyalı sürücünün fikrincə, Lyuis Həmiltonun Mercedes AMG-yə keçidi normal işçi haldır…

Mika Hakkinen: “Lyuis McLaren-də uzun müddət çıxış etdi və artıq nəyisə dəyişmək vaxtə yetişdi. Düzünü desəm, bu sadəcə işçi bir haldır.

Burda hansısa hisslərdən danışmağa dəyməz: sənin işin qələbə qazanmaqdır. Sən bir komandada çıxış edirsən, əlindən gələni edirsən. İndi Lyuis Mercedes AMG-yə keçib və bu maarqlı olacaq, axı onun komanda yoldaşı Niko Rosberq də çox sürətli sürücüdür.”

Mika gözləmir ki, 2013-cü ildə Mercedes AMG top-komandalarla ciddi rəqabət apara biləcək: “Mənə elə gəlir ki, bu il McLaren əla formada olacaq. Mercedes AMG maşınları isə testlərdə də gördüyümüz kimi sürətli deyillər, ona görə də hesab edirəm ki, bu il onlar liderlik uğrunda mübarizəyə qarışa bilməyəcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 141
Teqlər , , , ,
Paylaş

logo