M.Hakkinen Almaniya Qran Prisinə gələcək

Bu uik-end Münhenin Olimpiya stadionunda DTM seriyasının mərhələsi keçirilir, mərhələnin fəxri qonağı isə Mika Hakkinendir. İkiqat dünya çempionu jurnalistlərə bildirib […]

Bu uik-end Münhenin Olimpiya stadionunda DTM seriyasının mərhələsi keçirilir, mərhələnin fəxri qonağı isə Mika Hakkinendir. İkiqat dünya çempionu jurnalistlərə bildirib ki, növbəti uik-end Nürburqrinqdə Formula1 yarışını da izləməyə gələcək.

Mika Hakkinen: “Mən Nürburqrinqə gələcəm, axı yarış maraqlı olacaq. Bu vaxt hava dəyişkən olur, atmosfer isə əla olacaq – Almaniyada yarışlar həmişə çoxlu azarkeş toplayır. Bundan başqa Nürburqrinq doğrudan da əla trasdır.

1998-ci ildə mən Nürburqrinqdə keçirilmış Lüksemburq Qran Prisini qazanmışdım, özü də Mixael Şumaheri qabaqlamışdım – həmin vaxt bu qələbə həlledici rol oynamışdı.

Hokkenhaymla müqayisə? Hər bir trasın güclü və zəif tərəfləri var, birmənalı demək olmaz ki, onlardan hansı yaxşıdır.”

Bu il Hakkinen bir Qran Pridə iştirak edib – finlandiyalı sürücü Monakoda McLaren-in fəxri qonağı idi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*