Məşhur bəstəkar Formula1-ə musiqi yazacaq

Hollivudun məşhur bəstəkarı Brayan Tayler Formula1 üçün musiqi bəstələyəcək.

F-1.az xəbər verir ki, Tayler Emmy mükafarlarına namizəd olub və ən reytinqli 10 filmdən 3 filmə musiqi bəstələyib.

Qeyd edək ki, Tayler “Forsaj” (5 film), “Cəhənnəm Mələkləri”, “Rembo”, “Ninza Tısbağalar”, “Marvel”, “Dəmir Adam 3”, “Tor 2: Qaranlıq Dünya” və “Məğlubedilməzlər: Altron Dövrü” filmlərinin musiqilərini yazıb.

Tayler sosial şəbəkə hesabında xəbərə belə münasibət bildirib: “Formula1 üçün musiqi yazmaq mənim üçün böyük şərəfdir. Bir Formula1 fanı kimi ən böyük xəyalım idi. Təşəkkür edirəm, Formula1! Artıq işə başlamaq vaxtıdır!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*