17 Dekabr 2017, Bazar - 17:59

Mercedes-in sürətinin sirri açıldı

Mercedes-in sürətinin sirri açıldı

Müəllif: Afgan Haji, redaktor

13:13 - 15 Sentyabr, 2016

Əgər Mercedes ardıcıl üçüncü mövsümdür demək olar ki, bürün yarışlarda qalib gəlirsə, bunun nəsə bir rasional izahı olmalıdır və bütün uğurları yalnız Briksuortdan olan mühərrikçilərin adına yazmaq olmaz, axı Williams və Force India-da da eyni güc qurğuları var və bunlar heç də W07 kimi sürətli deyillər.

Bunu başa düşmək üçün mütəxəssis olmaq gərək deyil: açıq-aşkardır ki, məsələ təkcə mühərriklərdə deyil, həm də olduqca effektiv şassidədir. F-1.az xəbər verir ki, Auto Motor und Sport alman nəşrinin ekspertləri paddokda toplanmış insayder məlumatı əsasında gümüşü maşının gövdəsi altında gizlədilmiş sirləri açmağa cəhd göstəriblər.

Mercedes AMG F1 W07 Hybrid - ön detalları
Mercedes AMG F1 W07 Hybrid – ön detalları

Ondan başlayaq ki, Mercedes-in təəssüratoyadıcı sürəti yalnız mükəmməl aerodinamika ilə əlaqədar deyil, hərçənd ki, çempion komanda bu sahədə də ən qabaqcıl və yenilikçi həllər tətbiq edir. İş burasındadır ki, aerodinamik pərdə məhz W07-nin asılqanına quraşdırılmış hiyləgər hidravlik sistemlər sayəsində daha səmərəli çalışır, bunlar praktik olaraq bütün tras tiplərində şassinin müstəsna sabit davranışına nail olmağa imkan verir. Bunun hesabına maşını əhatələyərək axıb keçən hava axınını dəqiqliklə nəzarətdə saxlamaq mümkün olur.

Maşının ön və arxa hissələrində klirensi lazımi səviyyədə saxlamağa və yolun qət edilən sahələrindən asılı olaraq gedə-gedə köndələn möhkəmlik sabitləşdiricilərinin sərtliyini dəyişməyə imkan verən hidravlik sistemlər quraşdırılıb. Əslində bu, müəyyən mənada, rəsmi olaraq hələ 2014-cü ildə qadağan edilmiş FRIC asılqanı mövzusunun inkişaf etdirilməsidir, amma o zaman FIA şassinin qabaq və arxa hissələrinin qarşılıqlı fəaliyyətdə olduğu sistemlərə veto qoydu, lakin texniki reqlament bu və digər sistemlərin tətbiqi hesabına maşının sol və sağ tərəflərindəki asılqanın möhkəm elementlərinin işini əlaqələndirməyə imkan verən həllərin tətbiqini məhdudlaşdırmır. Mercedes-də məhz elə bundan yararlandılar.

Mercedes W06-nın ön asılqanının hissələri (2015-ci il)
Mercedes W06-nın ön asılqanının hissələri (2015-ci il)

 

Xüsusi kompüter real zaman rejimində şassinin hər dörd küncünün asılqana saldığı yükü təhlil edir, hidravlik sistemlərə zəruri komandaları verir və sürətli döngələrdə asılqan möhkəmləşir, yavaş döngələrdə isə – əksinə, daha yumşaq olur. Klirens də dəyişir: düz hissələrdə asfaltla maşının altlığı arasındakı məsafə azalır, nahamarlıqlarda və yüksək qabırğalıqların hücumu zamanı – çoxalır ki, bunun da hesabına asılqanın optimal çalışmasına nail olunur və tras ilə mexaniki ilişmə yaxşılaşır.

Öz növbəsində artıq qeyd edildiyi kimi, maşını əhatə edən hava axını da nisbətən sabit qalır. Dolayısı, amma mühüm müsbət məqam: Mercedes-ə, digər komandalara nisbətən təkərlərin temperaturunu zəruri işçi diapazonda saxlamaq asandır.

Bu mövsümə qədər belə “ağıllı” asılqan yalnız Mercedes-də tətbiq edilirdi, ancaq Auto Motor und Sport-un məlumatına görə, 2016-cı ildən bu cür sistemlər Red Bull Racing maşınlarında da peyda oldu, hərçənd ki, onlar elə də səmərəli deyillər və çempion komandasındakı kimi mürəkkəbdirlər. İstənilən halda, Red Bull-un tərəqqisi məhz bununla izah olunur, çünki zahirən RB12 maşını mövsüm gedişində praktik olaraq dəyişmir, hərçənd ki, getdikcə daha iti şütüyür.

Daha bir əhəmiyyətli məqam: bu cür sistemlər üzrə yaxşı mütəxəssislər olduqca azdır və təsadüfi deyil ki, McLaren-də Mercedes-dəki şassi dinamikası şöbəsinin rəhbəri Loika Serranı öz tərəfinə çəkmək istədilər, amma Breklidə buna mane olmağı bacardılar. Lakin Red Bull asılqan üzrə mütəxəssislərdən biri, Mercedes-də çalışan Pyer Vaşeni ələ keçirə bildi. Yeri gəlmişkən, Serra kimi, onun da karyerasının irəliləməsi Michelin-də başlamışdı.

İndi isə Mercedes-in əsas kələyi barədə. Əgər maşının arxa hissəsində asılqanın hidravlik elementlərinin yerləşdirilməsi üçün yer kifayət qədərdirsə, onda qabaq tərəfdə amortizatorları, yayları, içində xüsusi texnoloji maye olan çənləri və ötürücü boruları məhdud şəkildə tərtib edib quraşdırmaq üçün imkan tapmaq yetərincə çətindir. Və burada Breklidəkilər elə addımlar atdılar ki, bunların leqallığı suallar doğurur.

Red Bull Racing bolidinin ön hissəsinin konfiqurasiyası
Red Bull Racing bolidinin ön hissəsinin konfiqurasiyası

 

Şassinin ön hissəsinin bütün ölçüləri texniki reqlamentlə ciddi şəkildə müəyyənləşdirilib. Mercedes-də o, digər komandaların bolidlərində olduğundan daha çox irəli əyilib, amma zahirən bu, gözə çox çarpmır, çünki hidravlik elementləri məhz burada yerləşib, yuxarıdan isə bütün bu sistemləri dekorativ qapaq örtür.

Şassiyə nəyin aid olduğu reqlamentdə dəqiq yazılmadığından, Breklidə bundan istifadə etdilər və həmin qapağı da şassinin bir hissəsi hesab edirlər.

Mövsümün ikinci yarısının sonuna doğru Mercedes-in rəqibləri W07-nin korpusu altındakı sirləri anlamağa başladılar və bu məsələni İtaliya Qran Prisindən sonra ötən çərşənbə axşamı baş tutmuş komandaların texniki direktorlarının toplantısına çıxardılar. İstisna olunmur ki, FIA-da bu cür tərtib-quraşdırmalı həlləri yasaqlaya bilərlər və federasiya texniki reqlamentə müvafiq dəyişiklilkər daxil edə bilər, lakin bunun üçün bütün komandaların yekdil dəstəyi lazımdır – xüsusən də ona görə ki, yəqin Mercedes də daxil olmaqla bunun əleyhinə səs verəcəklər.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə illustrasiyalar: Giorgio Piola
Baxış Sayı 561
Teqlər , , ,
Paylaş

logo