18 Noyabr 2017, Şənbə - 01:14

Mercedes və Williams-ı artıq cümə günü trasda görə bilərik…

Mercedes və Williams-ı artıq cümə günü trasda görə bilərik…

Müəllif: Elçin Zodorov, redaktor

21:55 - 15 Fevral, 2016

Hər iki komandanın yeni maşınları mövsümöncəsi ilk testlərin başlamasına 3 gün qalmış Silverstounda şütüyə bilər…

F-1.az MTV-yə istinadən xəbər verir ki, bu iki komanda Barselona testlərinə qədər “film çəkilişi” adı altında Silverstounda olacaqlar və daha sonra Barselonaya üz tutacaqlar. Yeni Williams-ı cümə günü Valtteri Bottas sürəcək. O, bunun üçün Silverstouna getməyə hazırlaşır.

Bottas həm də yeni maşın barədə danışıb: “Hər şey yaxşı görünür. Amma biz əsl həqiqəti trasda görə biləcəyik”.

Qeyd edək ki, digər komandalardan Ferrari yeni maşınını testlərdən bir gün əvvəl – fevralın 21-də təqdim edəcək. Həmin gün McLaren-in də MP4-31-i onlayn rejimdə tanıdacağı bildirilir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 266
Teqlər , , , , , , , , ,
Paylaş

logo