Mercedes üç komandanı motorla təchiz etməyə hazırdır

Gələn il Mercedes-Benz konserni üç müştəri komandanı motorla təchiz etməyi planlaşdırır və deyilənlərə görə, bu komandalardan biri Red Bull Racing […]

Gələn il Mercedes-Benz konserni üç müştəri komandanı motorla təchiz etməyi planlaşdırır və deyilənlərə görə, bu komandalardan biri Red Bull Racing olacaq. Red Bull-un bu motorlara marağı barədə çoxdan danışılır, amma problem bundadır ki, alman konsernin motorları artıq üç komandaya verilib, bu limiti FİA müəyyən edib, hətta Mercedes və Brawn GP arasındakı müqavilə üçün FİA-nın xüsusi icazəsi alınmışdı. Amma gələn ildən federasiya motor təchizatçılarına dörd komanda ilə işləməyə imkan verəcək və Mercedes-Benz-in bu məsələyə marağı böyükdür…

Norbert Hauq: “Son qərar hələ qəbul olunmayıb. Avtoİdman üzrə Ümumdünya Şurası limiti artırmağa razı olub, gələn ildən dörd komandaya icazə verilə bilər. Biz üç müştəri komandanı motorla təmin edə bilərik və artıq onlarla danışıqlar aparırıq. Amma hələlik konkret adlar çəkə bilmərəm. Maraqlı orasıdır ki, bizə çox komandalar müraciət edib, ümid edirəm ki, bu maraq özünü doğruldub. Formula1-in öz dəbi var və bizim motorlar yüksək qiymətləndirilir: bizim motor ən yaxşıdır.

High Performance Engines şirkətində işləyən bizim mütəxəssislər son iki ildə böyük uğurlar qazanıblar. Əminəm ki, 2004-cü ilin Bəhreyn yarışından sonra bizim motoru heç kim almaq istəməzdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*