19 Noyabr 2017, Bazar - 01:33

Mercedes son iki yarışda qələbə istəyir

Mercedes son iki yarışda qələbə istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 09 Noyabr, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, son iki yarışı qazanmaq üçün əllərindən gələni edəcəklər.

F-1.az xatırladır ki, Almaniya təmsilçisi artıq həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionaında qələbələri təmin edib.

Toto Volff: “Sona iki yarış qalmış çempionluğu təmin etmək gözəldir, amma yenə də önümüzdə iki çətin yarış var və bunları qazanmaq üçün hər şey edəcəyik. Sözün açığı, bu yarışlarda 2018-ci ilin bəzi detallarını sınayacağıq. Məqsədimiz hər yarışda olduğu kimi İnterlaqosda da qalib gəlməkdir.

Lyuis hazırda karyerasının zirvəsindədir. Bottas da güclü performans göstərir. Red Bull və Ferrari də Braziliyada güclü olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 643
Teqlər , ,
Paylaş

logo