18 Noyabr 2018, Bazar - 06:31

Mercedes mühərrik problemi yaşamayıb

Mercedes mühərrik problemi yaşamayıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:09 - 03 İyul, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, hər iki sürücüsünün mübarizəni dayandırmasının səbəbi mühərrik deyil.

F-1.az xatırladır ki, həm Həmilton, həm də Bottas Avstriya yarışında mübarizəni dayandırıblar. Beləliklə, Mercedes komandası 2016-cı ilin Barselona yarışından sonra ilk dəfə xalsız qalıb.

Toto Volff: “Problemlər mühərriyə görə deyildi. Valtteridə sükanla bağlı yağ sızıntısı var idi. Lyuisdə isə yanacağın təzyiqi düşdü. Yəni ikisi də mühərriklə bağlı deyildi. Bu, bizim üçün oyanış oldu. Mercedes-dəki ən pis günüm 2016-cı ildəki Barselona yarışı idi. Mənimlə danışmaq istəyənlərə “get və iki saatdan sonra gəl” deyirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 215
Teqlər , , , , ,
Paylaş

logo