20 Noyabr 2017, Bazar ertəsi - 06:13

Mercedes: “Mühərrik barədə Red Bull-dan bizə rəsmi təklif gəlməmişdi”

Mercedes: “Mühərrik barədə Red Bull-dan bizə rəsmi təklif gəlməmişdi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:20 - 05 Fevral, 2016

Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşe bildirib ki, Red Bull komandası onlara mühərriklə bağlı heç bir rəsmi təklif göndərməmişdi…

F-1.az xatırladır ki, keçən il Red Bull komandası mühərrik təchizatçısı olan Renault ilə yol getmirdi. Avstriya təmsilçisinin 2016-cı ildə Mercedes və ya Ferrari mühərrikləri ilə yarışacağı deyilsə də, “Qırmızı Öküzlər” yeni mövsümdə də Renault ilə yarışmaq qərarı aldılar.

Bundan sonra Red Bull rəsmiləri bildirdilər ki, Mercedes və Ferrari onlardan qorxduqları üçün Red Bull-a mühərrik satmayıblar.

Amma Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşe bu xəbərlərin doğru olmadığını deyib. Hətta, Tsetşe bildirib ki, Red Bull komandası Mercedes-ə mühərriklərlə bağlı hər hansı rəsmi təklif göndərməmişdi: “Onlar bizə rəsmi olaraq müraciət etməmişdilər. Tərəflər arasında danışıqlar oldu, amma bunların heç biri rəsmi deyildi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 348
Teqlər , , , ,
Paylaş

logo