21 Oktyabr 2017, Şənbə - 19:46

Mercedes motorçuları 5 şərti bal xərcləyiblər

Mercedes motorçuları 5 şərti bal xərcləyiblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:06 - 26 Avqust, 2016

Biz artıq xəbər vermişdik ki, Mercedes AMG komandası Lyuis Həmiltonun maşınında ikiqat əvəzləməni etmək üçün motorun yeni versiyasını gözləyirdi.

F-1.az xəbər verir ki, bu gün komanda nahardan əvvəl və sonra britaniyalı sürücünün maşınında güc qurğusunun elementlərini yeniləməklə topladığı cəriməni bir yarışda çəkəcək. Lyuislə bərabər onun komanda yoldaşı Niko Rosberqin də maşınında yeni motor çalışacaq.

Komanda təsdiq edib ki, güc qurğusunun yenilənməsi üçün 5 şərti baldan istifadə olunub. Komandanın bildirdiyinə görə, idarəetmə bloku və akkumulyatordan başqa digər dörd element təkmilləşdirilib.

Bir daha xatırladaq ki, Spa yarışı üçün Honda motorçuları 7 şərti bal, Ferrari motorçuları isə 3 şərti bal xərcləmişdilər, amma yaponlardan fərqli olaraq italyanların yeni motoru gələn həftə ev trasında debüt edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 392
Teqlər , , ,
Paylaş

logo