Mercedes Monako və Macarıstan yarışlarını qazanacaq?

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, yeni bolidi təkmilləşdirərkən, keçən il yaşadıqları bəzi problemlərə fokuslanıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçən il Monako və Macarıstan kimi traslarda rəqiblərindən geridə qalmışdılıar.

Ceyms Əllison: “Problem yaşadığımız bütün yarışları təhlil etdik və problemlərin səbəbini tapmağa çalışdıq. Bunun üçün simulyatorda çoxlu işlədik və vəziyyəti təhlil etdik. Bolidimiz bütün traslarda mükəmməl deyildi. Buna görə də W08-dəki yaxşı şeyləri saxlayıb, zəif yönlərə fokuslandıq. Yeni asılqan sistemimiz var. Bundan başqa bolidin arxası güclüdür. Belə paket hazırladıqları üçün Əndi Kouel və komandasını təbrik edirəm. Arxa tərəfi daha dar etmək istədik və məsləhətimiz qəbul edildi. Briksvörd bu çətin layihəni qəbul etdi. Nəticə çox gözəldir. Məncə, Monako və Sinqapur kimi traslarda rəqabətədavamlı olacağıq. Əlbəttə, hər yerdə güclü olmaq istəyirik. Məqsədimiz çempionluqdur və bunu hər yarışda qalib gələrək qazana bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*