Mercedes komandası Honda ilə McLaren arasındakı məsələyə qarışmayacaq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Honda-nın Formula1-də qalmasını istəyir və yaponlarla McLaren-in arasındakı münasibətə qarışmayacaqlar.

F-1.az xatırladır ki, Honda 2015-ci ildə Formula1-ə qayıtdıqdan sonra pis performans göstərib və etibarlılıq problemlərinə görə uğur qazana bilməyib.

Hondanın tərəfdaşlıq etdiyi McLaren 2015-ci ildə 9-cu, 2016-cı ildə isə 6-cı olmuşdu. 2017-ci ildə isə vəziyyət çox pisdir. Britaniyalılar ilk 7 yarışdan sonra xal qazana bilməyən yeganə kollektivdir.

McLaren Group-un rəhbəri Zek Braun bildirmişdi ki, Honda-dan başqa B və ya C planları var və Honda bu iddialardan sonra narahat olmağa başlayıb.

Britaniyalıların adı gələn il üçün Mercedes və Renault ilə hallanır və bu şayiələr gün keçdikcə artır.

Toto Volff: “Hazırda McLaren bizim üçün birinci seçim deyil. Əvvəlcə McLaren ilə Honda arasındakı münasibətdən xəbərdar olmalıyıq. Hazırda yeni gəlindən əri ilə yatmamış boşanmasını tələb edirik. Bazarda hərəkət çoxalıb və biz buna kənardan baxırıq. Hazırda isə Honda-nın inkişaf edib idmanda qalması vacibdir. Onların müştəriləri ilə yaxşı münasibət qurmasını istəyirik və işlərinə qarışmaq fikrimiz yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*