Mercedes komandası 1200 detalı təhlil edib

Mercedes komandası İspaniya QP-də 2 sürücüsünün qəzasından sonra boliddəki 1200 ədəd detalı məcburən tək-tək təhlil edib.

F-1.az xatırladır ki, Monako QP-dən əvvəl bolidləri hazırlamaq üçün komandaların vaxtı 1 gün az olur. Buna görə də komandanın işçiləri zavodda bolidi hazırlamaq üçün gecə-gündüz işləyirlər.

Mercedes-in icraçı direktoru Rob Tomas bu barədə danışıb: “Bəxtimiz gətirir ki, bu cür qəzalar az hallarda baş verir, ancaq olanda da bolidi hazırlamaq üçün çoxlu vaxt sərf etmək məcburiyyətində oluruq.

Bolidlər boksa qayıtdıqdan sonra çoxlu təhlil, telefonla danışıqlar olur. Trasdan karantin siyahısı alırıq.

Əsas işimiz bolidləri təhlükəsiz vəziyyətə gətirməkdir. Bu karantin siyahısında şübhəli detalların adı olur.

Bu dəfə həmin siyahıda 1000-1200 detal var idi.

Çox detallar, məsələn, ön qanad test edilməyə gedir və orada detalın quruluşunda problem olub-olmadığını başa düşmək üçün test edilir.

Bəzi detallar isə qeyri-dağıdıcı testlərdə sınaqdan keçirilir və detalda çat olub-olmadığı müəyyən olunur”.

Tomas bildirib ki, bəzi detalları sonradan istifadə edirlər, amma bəzi detallar isə elə vəziyyətdə olur ki, onları istifadə etmək mümkün olmur.

Mercedes 24 saat ərzində hər şeyə nəzarət etdikdən sonra problemli detalların yerinə yenilərini gətizdirmək üçün təchizatçılara sifariş verir ya da onların yerinə yenisini istehsal edir.

Rob Tomas: “Planlaşdırma və təşkilatçılıq bizim üçün çox vacibdir. Komanda bu sahədə doğrudan da çox inkişaf edib.

Bütün şöbələr arasındakı əlaqə və komanda işi müntəzəmdir və hər şey vaxtında hazır olur.

Gün ərzində işlərin koordinatını müəyyən etmək üçün iki dəfə iclas keçirilir. Bir yerdə daha çox uğur qazanmaq üçün çoxlu danışıqlar gedir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*