Mercedes-in Twitter-də M.Ferstappenlə yazışması: tam versiya

Niko Rosberqin Formula1-i tərk etməsi haqqında sensasiyalı bəyanatından sonra Mercedes komandası gərginliyi azaltmaq məqsədilə rəsmi Twitter bloqunda zarafatyana bir status paylaşıb və gözlənilmədən Maks Ferstappen də zarafata qoşulub...

F-1.az bildirir ki, paylaşılan status komandada yaranmış vakansiya haqqında olub və hər şey guya komandanın elektron ünvanına daxil olmuş müraciətin skrinşotundan başlayıb:

Mercedes AMG: “Bu gün bizə bir neçə müraciət daxil olub… Biz sizə cavab verəcəyik”

Tərcüməsi: “Salam, mənim adım ****. İndicə Sky Sports-da eşitdim ki, Niko gedir. Bilmək istərdim ki, onun yerinə götürəcəyiniz sürücü üçün yaş məhdudiyyəti varmı? Sizdə başqa nə vakansiya var? Mənə  **** ünvanına cavab yazın, ya da **** nömrəsinə zəng edin”.

Bundan sonra komanda daha bir neçə skrinşot yerləşdirib:

Mercedes AMG: “Təcrübəm yoxdur, amma ambisiyalarım var…”

Tərcüməsi: “Hörmətli cənab/xanım. Bəziləri çempionatın başa çatmasını bayram edirlər, bəziləri isə hələ də Nikonun getməsindən şokdadırlar, mən isə sizə belə bir imkan təklif etmək istəyirəm: məni sürücü götürün. Düzdür, mənim yarış maşını sürmə təcrübəm yoxdur, heç yol maşını da sürə bilmirəm, amma virtual yarışlarda minlərlə dövrə vurmuşam. Virtualdan reala keçidim rahat olacaq. Bu qədər yaxşı sürücüyəm. Sİzdən tezliklə cavab gözləyirəm…”

Mercedes AMG: “Sadəcə… Çox… İdealdır…”

Tərcüməsi: “Hörmətli Mercedes və gələcək iş yoldaşlarım. Yazmaqda məqsədim vakant olan yeri tutmaqdır. Bilirsiniz, mən anbarda işləyirəm və buna görə də avtoyükləyicinin idarə olunmasında böyük təcrübəm var. Bundan başqa, maşın da sürürəm – dörd mil işdən evə və geriyə, deməli, gün ərzində intensiv səkkiz mil sürürəm. Bəzən dövrəvi hərəkət zamanı əyləci maksimum gec basıram ki, xəyali KERS batareyasını doldurum və ikilitrlik Mondeo-m məni evə qədər çatdırsın. Tezliklə cavabınızı almağa ümid edirəm…”

Sonda Maks Ferstappenə müraciət olunan tvit yer alıb:

Mercedes AMG: “Maks Ferstappen, sənin zəmanətin lazımdır…”

Tərcüməsi: “Hörmətli cənab Volff! Elə indicə oxudum ki, Niko Rosberq yarşlardan gedir və belə başa düşürəm ki, indi sizdə vakansiya var. Öz namizədliyimi irəli sürmək istəyirəm. Mən düşünürəm ki, sizə, Nikiyə və Lyuisə ideal uyğun gəlirəm. Bir də düşünürəm ki, Luidən pul alıb sizin maşını ona sürməyə də verə bilərəm. Mən artıq ciddi səviyyədə yarışmışam, Hollandiyanın DNRT çempionatında uğurla çıxış etmişəm. Məncə, 2017-ci ildə titul uğrunda mübarizə apara bilərəm. Mənim artıq FİA-nın beynəlxalq lisenziyam var, düşünürəm ki, onu Formula1-də tələb olunan superlisenziya səviyyəsinə qaldrımaq çətin olmayacaq. Əlavə etmək istəyirəm ki, bu işi qazanmaq istəyirəm, ona görə də xahiş edirəm ki, adamlarınıza deyin ki, mənimlə əlaqə saxlasınlar, bu əməkdaşlığı səbirsizliklə gözləyirəm. Maks Ferstappendən soruşa bilərsiniz – mənim istedadıma zəmanət verə bilər, əvvəllər bir yerdə yarışmışıq. Öncədən cavaba görə təşəkkür edirəm. Met vriendelijke groet / Ən yaxşı arzularla…”

Gözlənilmədən Maks cavab verib:

Maks Ferstappen: “Mənim iş müraciətim digərlərindən daha yaxşı idi, elə deyil?”

Mercedes AMG: “Hmm, əgər belədirsə… Onda bazar ertəsi səhər saat 9:00-da səni gözləyək? Tort alarsan. Biz tortu xoşlayırıq.”

Maks Ferstappen: “Uşaqlar, zəngə cavab verim?”

Mercedes AMG: “Toto indicə sənin atanla danışırdı. O, danışıqlara hazırdır… bizim komandaya keçmək istəyir ki, şəxsən səni (sitat) “yumşaq yerindən kötəkləsin”…”

Mercedes AMG: “Sənin zənginə qayıdacayıq. Bir az sonra danışarıq. Əvvəlcə başqa zənglərə cavab verməliyik…”

Tərcüməsi: “Buraxılmış zənglər: Devid Kulthard, Maks Ferstappen, Maks Ferstappen, Maks Ferstappen, Maks Ferstappen, Maks Ferstappen…”

Söhbətə nöqtəni isə Britaniyanın 4-cü Kanalı qoyub – Devid bu kanalda aparıcı işləyir:

4-cü Kanal: “Uşaqlar. Deviddən əlinizi üzün. O bizimdir!”

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*